Şəhidimiz Abdulla Mollayevin şəhadətindən 6 il ötür

Şəhid Baş leytenant Mollayev Abdulla Molla oğlu 1988-ci ildə Qax rayonunda anadan olub.Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində oxuyub.H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində təhsilini başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasında “N”saylı hərbi hissədə 5 il işləyib.Sonra Naftalan “N” saylı hərbi hissədə kadrlar rəisi kimi çalışıb.Cəbhə bölgəsində düşmənin mövqelərimizə hücumu zamanı 6 dekabr 2015-ci ildə Şəhidlik zirvəsinə ucalıb.Şəhidimiz Abdulla Mollayevin şəhadətindən 6 il ötür.Abdulla evli idi.Kənan adlı bir oğul balası var.Şəhidimizin oğlu Kənan 3 saylı orta məktəbin 2-ci sinfində oxuyur.
Şəhidimiz Abdulla Molla oğlu Mollayevin məqamı uca,şəhadəti mübarək olsun.Övladı ömürlü olsun.Amin.
“Dünya Ana və Uşaqlar” İctimai Birlyinin Qax Təşkilatının Sədri olaraq Şəhidimiz Abdulla Molla oğlu Mollayevin 6-cı ildönümündə iştirak etdim.
Şairə Solmaz Elqızı