Təhlükəli ssenari: İsrail və İran qarşı-qarşıya

Fələstin-İsrail məsələsi səbəbiylə İsrail və İran arasında münaqişənin kəskinləşməsinə səbəb ola bilər.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Aleksandr Kinşçak deyib.

“İsraillilər və fələstinlilər arasında həll edilməmiş problemlər regional sabitliyə və təhlükəsizliyə mənfi təsir göstərir və gərginliyin təhlükəli artmasının təkrarlanması üçün zəmin yaradır”, – deyən Kinşçak Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərqdəki tərəfdaşlarını dəfələrlə xəbərdar etdiyini bildirib.

Kinşçakın sözlərinə görə, Rusiya münaqişənin növbəti dəfə gərginləşməsinin qarşısını almaq üçün İran və İsraili maksimum təmkin nümayiş etdirməyə və təhlükəli xəttdən uzaqlaşmağa təşviq etmək üçün bütün imkanlardan istifadə etməyə çalışır.