Acı taleyin yandırdı yaralı ürəyimi Nur üzlü İgidimiz Əfəndi Cahangir oğlu Səfərov

Acı taleyin yandırdı yaralı ürəyimi Nur üzlü İgidimiz Əfəndi Cahangir oğlu Səfərov..Can oğul,can..axı sən niyə bu acı taleyi yaşamalı idin İgidim?..nə idi axı sənin günahın?..bir insan kimi dözə bilmirəm dəhşətli həyat hekayənə..dünəndən özümü ələ ala bilmirəm..heç qıymadım sənə bu acı,yarımçıq nakam ömrü..Nurlar içində yat İgidim..
Bil, səni əzizim sandım Əfəndi,
Yandım taleyinə, yandım Əfəndi..
Şəhid Əsgər Səfərov Əfəndi Cahangir oğlu 1 yanvar 1996-cı ildə Qax rayonunun Qaxbaş kəndində doğulub.9 noyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.
Şəhid Əsgər Səfərov Əfəndi Cahangir oğlu ölümündən sonra “Vətən uğrunda”,”Cəsur döyüşçü”,”Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhadəti mübarək olsun Qəhrəman Şəhidimiz Əfəndi Cahangir oğlu Səfərovun.Amin.
Dərin ehtiramla,
Şairə Solmaz Elqızı.