“Gələcək alın tərli ilə yaşayan insanlar üçündür. Gələcək əliqabarlı insanlar üçündür. Bilməlisiniz ki, həmin qabarlı əllər bütün həbsxanaları dağıdıb, cəllaları və zülmkarları məhkəmə masası arxasında oturdacaqlar.Gün gələcək əsarətdə yaşayan İran xalqları, zəhmətkeşləri başqalarının hesabına yaşayan vəhşi müstəmləkəciləri ki, onların əsarətində yaşayan xalqları öz insanı, milli hüquqlarından məhrum edib, onların həyat və milli-mədəni haqlarını tapdalayarayaraq, təkcə təbii sərvətləri deyil, həm də əliqabarlı insanların zəhmətlə əldə etdikləri gəlirləri hərraca qoyub, öz sərvət kisələrinin doldururlar, törətdikləri cinayət və qarətlərə etiraf etməyə və cavab verməyə məcbur edəcəklər.”
Firidun İbrahimi
Firidun İbrahimi 1299-cu aban ayının 9- da anadan olmuşdur. O, Ailənin ilk övladı olaraq gənclik dövründən atası Mübariz Qəni İbrahiminin yolunu seçərək, qısa və dəyərli ömrünün sonuna qədər bir an yorulmadan polad iradə ilə bu yolda addımlayıbdır. Atası Lorestan vilayətinə sürgün edilir. Firidun yalnız ana himayəsinə sığınaraq, tərbiyə alır və onun yardımı ilə məktəbə gedir. O, 9-cu sinifədək “Dariyuş” və “Həkim Nizami” məktəblərində təhisilini davam etdirir. Hər il sinifdə birinciliyə yiyələnməklə məktəbdə müəllim və məsulları tərəfindən mükfatlarndırılır. O, 9-cu sinifdən sonra Ənzəli şəhərinə dayısının yanına gedir. Dayısı Balıqçılıq vərətəsinin işçisi olub. O, 10-cu sinifi o şəhərdə bitirir. O, elə uşaqlıqdan oxuyub-yazmağı öyrəndikdən sonra daxilində sönməz bir oxuyub-öyrənmək həvəsi yaranır. Xüsusilə siyasi və kommunist ədəbiyyata daha da artıq meyl edir. Anası tərəfindən gizlədilən qadağan olmuş kitab və nəşriyyələrin hamısını mütaliyə edir. Azərbaycan və fars dilərinə tərcümə olunmuş bütün marksism ədəbiyyatını oxuyur. Sonralar fransız dilinin öyrəndikdə belə ədəbiyyatı oxumağa daha da çox imdak tapır. Eyni zamanda qələm ələ alaraq yazıçılıq fəaliyyətilə də məşğul olmağa başlayır.
10-cu sinifi bitirdikdən sonra bir müddət Astarada anası ilə yaşayır. Sonra sürgün həyatı yaşıyan atasını görmək üçün Nəhavənd şəhərinə gedir. Atası onu təhsilini davam etdirməyə təşviq edir. Bu üzdən o, orta məktəbi bitirmək üçün Təbriz şəhərinə, yəni yaxın zamanda onun gələcək həyat və taleyində əsası rol oynayacaq yerə gedir.
Firidun İbrahimi 11 və 12-ci sinifləri Təbrizin “Firdovsi” orta məktəbində bitirir. Sonra “Darül-fünun” ali məktəbinə qəbul imtahanı üçün Tehrana gedir. Qəbul imtahanında birinci yerləri tutaraq hüquq fakültəsində təhsilini davam etdirir.
Mtütəfiqlərin(Amerika, Sovet və İngiltərə) qoşunları İrana daxil olarkən Firidun İbrahimi hüquq tələbəsi olaraq, öz dövrünün çoşqun ziyalı, inqlabsı və gənc tələbələridən biri idi. Belə ki, 1322-ci il 22 bəhmən tarixində “Darül-fünun”un həyətinmdə irtica əleyhinə etiraz edən tələbələr qarşısında Firidun İbrahimi alovlu çıxışı ilə irticaçı universitet rəhbərlərinin yaramaz fəaliyyətlərini ifşa edir. O, tələbələr şurasının təsir edici üzvlərindən biri idi.
Dostları və sinifdaşları Firidunun pak, eyni halda sadə, təvazükar və anlayışlı bir insan olduğu qənaətindədirlər. Onun şəxsiyyətində sadiq və dürüst olmaq bariz nümunələr sayılır. O, möhkən iradəyə və güclu hafizəyə sahibdir. O, bir tələbə olaraq bütün gücü ilə elm öyrənməyə can atır. Eyni halda şövq və zövq ilə bütün öyrəndiklərini təmənnasız öz dostlarının, sinif daşlarının ixtiyarında qoyur. Ona görə də Darül-finun müəllimləri və tələbələri arasında hörmətlə qarşılanır.
Firidun hələ gəncikən atasının getdiyi inqilabi yolundan dərs alaraq İran Xalq partiyası (Hizbi-Tudei-İran) sıralarına qoşulur. O, bütün gücünü və qələmini partiyanın müqəddəs məqsədinə həsr edir. O, hələ tələbə olarkən təcrübəli və mahir bir jurnalist kimi partiyanın müxtəlif orqanlarında, habelə başqa mütərəqqi nəşriyyələrdə məqalələr yazır. 1320-ci (1941) ildən, yəni Rza şah hakimiyyəti dövrüldüyündən sonra başqa adlarla bir müddət “İttilaat Həftəgi”( Həftəlik Məlumat) nəşriyyəsində hekayə və novvelləri yazır. Amma bu nəşriyyədə fəaliyyət onu qane etmir. O, Məsudi kimi ilan yeyib əjdəha olmuş siyasətbazlarla suyu bir arxa getmir. Bu üzdən onlarla qəlaqəni kəsərək yalnız mütərəqqi və faşizmə qarşı mətbuatla, o cümlədən Tahranda “Rəhbər”, “Mərdom”, “Zəfər”, “İranema”, Təbrizdə isə “Xavər No”, “Azərbaycan” və bir neçə başqa demokratik nəşriyyələrlə əməkdaşlıq edir: O, məqalələrində, hekayələrində və söhbətlərində Belə deyir:
“O dövrdə camaat İran yazıçıları və müəlliflərinin hekayələrini oxumağa elə də maraq göstərmirdilər. Bu üzdən “İttilaat Həftəgi” nəşriyyəsinin redaksiya heyəti başqa adla hekayə yazmağa məni məcbur edirdilər. Baxmayaraq ki, bu hekayələr bütünlüklə İran mühitini və orada yaşayan xalqın xarakterlərini tərənnüm edirdi. Lakin məcbur idim hekayələrdəki şəxsiyyətlərin adlarını avropa adları dəyişəm.
1322-ci ildə İranın tanınmış İnqilabçı və ictimai-siyasi şəxsiyyəti Seyyid Cəfər Pişəvəri “Ajir” qəzetinin nəşrinə başlayır. “Ajir” qəziti gənc Firidunun fəaliyyəti üçün ən əlverişli şəraiti yaradır. O, bu qəzet vasitəsilə irticaya qarşı bütün fikir və düşüncələrini azadlıqsevər vətəndaşlarının ixtiyarında qoyur. O, Seyyid Cəfər Pişəvəri ilə sıx əməkdaşlıq edir. Ən qısa müddətdə bu qəzetin redaksiya heyətinə qəbul olunur.
Firidun İbrahimi 1323-cü ilin bəhmən ayında müvəffəqiyyətlə Darül-fünunun hüquq fakültəsini bitirir. O, artəq tanınmış bir hüquqşünas, jurnalis və diplomat olmuşdur. Tehran mətbuatında dərc edilən məqalə və yazılarını dost-düşmən oxuyur və onun İran və dünya siyasəti barədə o günkü düşüncələri ilə tanış olaraq, maraqlanırdılar. Eyni zamanda o, fars və azərbaycan dillərindən başqa ərəb və fransız dillərini də sərbəst öyrənir. Bu da ona imkan verir ki, dünyanın müxtəlif yeni siyasi-ictimai mətbuat və ədəbiyyatına əl tapsın.
Bu dövürdə onu cəlb etməyə hər tərəfdən səy olunur. Dövlət adamları ona avropa ölkələrində səfir olmağı təklif edirlər. Lakin o qəbul etməyir. Xarici İşlər Nazirliyi ona nazirlikdə yüksək vəzifə tutmağa təşviq edirlir. Onların da təklifi ilə razılaşmir.
“İttilaat” qəzetinin sahibi Abbas Məsudi ona bu idarədə yüksək vəzifə təklif edir. Hətta bir jurnalist kimi Avropaya getməsinə təklif edir. Lakin onu düşündürən başqa mövzudur. Onu düşündürən Azərbaycan və qəhrəman Təbrizdir. Onu adi iş və yaşayəş maraqlandırmır. O, yaxında Təbrizdə yaranacaq misilsiz hadisəni iti baxışla duyur və his edir. O, iti baxışı ilə Təbrizdə gedən hadisəni diqqətlə izləyir.
1324-cü ilin yazında Firidun İbrahimi Təbriz şəhərinə yola düşür. O, Təbrizdə İran Xalq partiyasının əyalət komitəsilə yaxından əməkdaşlıq etməklə yanaşı, oradakı mütərəqqi və demokratık mətbuatda da fəaliyyət göstərir. Xüsusilə “Xavər No” qəzitində alovlu və kəskin məqalələr çap etdirir. Bu yazılarda o günkü İran və dünya siyasətini elmi şəkildə tam dəqiqliyi ilə təhlil edilir. Bu məqalələr siyasi-ictimai məsələlərlə maraqlanan bir çox azərbaycanlının diqqətini özünə çəlb edir.
Demək olar ki, Firidun İbrahimi ilk iranlıdır ki, elmi metodla qədim tarixi sənətlərə müraciət edərək Azərbaycan və orada yaşayan əhalinin soy kökünü və tarixini araşdırır. Firidundan qalan mənəvi miras, “ Azərbaycanın Qədim Tarixindən” adlı kitabda bu mövzunun doğru-düzgün olduğunu göstərir. Bu kitabda o, Milladdan öncə Cnubi və Şimali Azərbaycanın tarixindən və “Midiyalılar” ın bu torpaqda yaşadıqlarından bəhs edərək, bu günkü azərbaycanlıların onların övladları olduqlarını yazır. Ondan bir neçə xatirə dəftəri və pərakəndə yaddaşlar yadigar qalmışdir. Bu yazılar göstərir ki, o, Rəşt, Həmədan, Qəzvin, Xürrəmabad, Brucerd, Nəhavənd və Azərbaycanın bir çox şəhərlərini yazından görmüş, o məntəqələrdə yaşayan kəndlili və zəhmətkeşlərin ağır şəraitini diqqətlə izləyib, öyrənmişdir. Ənzəli şəhərinin balıqçılıq vərətəsinin işçilərinin ağır şəraitini müşahidə etmişdir. Zəhmətkeş və aşağı təbəqənin acınacaqlı taleyini, qeyri insani yaşayışını görən Firidun İbrahimi çox əzab çəkirdi. Bu ədalətsizliyi və bərabərsizliyi aradan aparmaq üçün öz mübarizəsində daha da əzmli və iradəli olurdu. Xatirə dəftərlərinin birində bu mövzuya həsr olan hissədə belə yazır:
“Bu şəhərdə hər gün yeni bir dəhşətli hadisə ilə üzləşirəm. Hamısından çox yaxından izlədiyim qonşu uşaqların bədbəxt taleyi, mənə əzab verir. Günahsız və məsum uşaqlar bütün günü ac, uryan dolaşaraq bir tikə çörək üçün işləyirlər, can çəkişdikləri kədərli vəziyyətləri ürəyimi ağrıdır, vicdanımı üsyana çağırır.
Öz dövrunun radikal və tanınmış şəxsiyyəti olan Seyyid Cəfər Pişəvəri ki, Firidun İbrahimi ilə “Ajir” qəzetində yaxından əməkdaşlıq edirdi, ondördüncü Milli şura Məclisi seçkilərində Təbriz şəhərindən nümayəndə seçilir, lakin 1324-cü ilin tir ayında əksəriyyətini Amerika və ingiltərə tərəfdarları təşkil edən məslis nümayəndələri tərəfindən etibarnaməsi rədd olunur. Pişəvəri Tehrandakı yaxın yoldaşlarına xəbər verir ki, yeni bir siyasi təşkilatin yaranmasının vaxtı çatmışdır.
Pişəvəri Tehrandan getməyin zamanını dəqiq müəyyənləşdirmişdı. Bəlkə də bir az gecikmişdi. Siyasi- ictimai cəhətdən Təbrizin vəziyyət fövqüladə gərginləşmişdi. Beləki, Azərbaycan əyalətinin şəhərlərində mərkəzdənqaçma və dövlətə qarşı meylər artmaqda idi. Bunun səbəbi isə mərkəzi hakimiyyətin bu əyalətin problemlərinin həllinə laqeydl yanaşması idi.
Bu məntəqənin müxtəlif kənd və qəsəbələrində, o cümlədən Urmiyyə, Marağa və Sarab kənlərində silahlı üsyanlar şiddətlə baş verməkdə idi. Mürtəce feodal və xanlara qarşı kənlilərin mübarizəsi atrmaqda idi. Bir neçə milli-siyasi təşkilat və Azərbaycan dilində nəşriyyələr Təbrizdə fəaliyyət göstərirdi. Saved qoşununun Azərbaycanda olması mərkəzi qoşunların xalqa divan tutmasının qarşısını alırdı. Bu züdən də mütərəqqi və demokratik qüvvələrə hökümət məmurlarıının basqılarının qarşısı müəyyən qədər azalmışdı.
“Azərbaycan Cəmiyyəti”nin banilərindən və Azərbaycan Demokrat Firqəsinin aktivlərindən olan İsmail Şəms ömrünün son günlərini Bakı atrafı bağların birində yaşayırdı. O, pişəvərinin Təbrizə gəlişini başqa cür şərh edir. O, bu süal qarşısında: “ Pişəvərini kimsə dəvət etdi və ya öz qərarı ilə Təbrizə gəldi?” Cavab verir:
“Biz bir qrup Təbrizin azadlıqsevər ziyalıları Azərbaycanın vəziyyətinin gərgin və dözülməzliyini gördükdə belə qərara gəldik ki, Aqayi Pişəvərini Tehrandan Təbrizə dəvət edək. Ehsaslı və mükəmməl bir məktub yazaraq, mən, Çavuşı və Mirrəhim Vilai ilə birlikdə Terana gedib və məkubu Pişəvəriyə təqdim etdik. Biz məktubu “Ajir”in redaksiyasinda ona çatdırdıq. Məkubu oxuyarkən gözlərindəki sevinci və simasınında yaranan ciddiliyi hələ də unutmamışam. Pişəvəri hər birimizə bir istəkan çay gətirib və sonra öz əməkdaşlarını toplayaraq deyir: “ Əgər getməsəm anam Seyyid Səkinənin südü mənə haram olsun.” O, qəzet işlərini əməkdaşlarına tapşır və deyir: “ Sabahdan mən burada olmayacağam.”
Biz o gün günortadan sonra Təbrizə qayıdırıq. Sabahı gün günortadan sonra Seyyid Cəfər Pişəvəri də səssiz Təbrizə daxil olur.”
Azərbaycan Milli Hökumətin daxili işlər naziri Salamulla Cavid də öz xatirələrində yazır: “ Pişəvəri Təbrizə gedərkən onu müşaiyət edirdirdim.”
Pişəvəri Qəhrəman Təbriz şəhərinə gələdikdən sonra təcili olaraq Şəbüstəri, Cavid, Cəfər Kavian kimi əski silahdaşlarını və yoldaşarını, habelə Firidun kimi gənc ziyalıları öz dövrəsinə toplayaraq Azərbaycan Demokrat Firqəsini yaradır. İran Xalq partiyasının əyalət şöbəsi Azərbaycanda özünü ləğv edib firqəyə qoşulmadan əvvəl Tehran mühitindən kənarda partiyaya bağlı olan nüfuzlu həmkarlar ittifaqı da Məhəmməd Biriyanın rəhbərliyi ilə Firqəni yaratmaqda iştirak edərək ona qoşulur.
1324-cü il şəhrivər ayının 12-də Azərbaycan Demokrat Firqəsi rəsmi olaraq mövcudiyyətini elan edir. Firqənin təşkilindən bir gün sonra bu dəfə “Azərbaycan” qəzeti Azərbaycan Demokrat Firqəsinin rəsi orqanı kimi nəşrə başlayır.
Firidun İbrahimi qəzetin yazıçı heyətinin bir üzvu və əməkdaşı sayılır. Camaat arasında onun yazılıarının çoxlu tərəfdaşları vardır. Qəzet çap olan kimi əl bə əl dolaşır. Onun silsilə məqalələri qəzetdə ardıcıl çap olunurdu. Dunya və İranın siyası-ictimai məsələləri sadə, başa düşülən və elmi şəkildə oxucu kütləsinin ixtiyarında qoyulurdu. ADF-nın mərkəzi komitəsi xalq qurultayın təşkilinin qərarını verir. Xalq Azərbaycanın şəhər və kəndlərində müxtəlif nümayişlər təşkil edərək öz nömayəndələrini seçır və Təbrizə göndərir.Qurultay 1324-cü il aban ayının 30-da səhər saat 10-da 744 nəfərdən ibarət Şiri-xorşid teatrının salonunda işə başlayır. Bu qurultay məclisi-müəssisan (müəssislər məclisi) adlanır. Bu qurultayda Azərbaycanın müxtariyyəti və milli məclis seçkiləri barədə qərar qəbul edilir. Firidun İbrahimi bu qərarların sürətlə yerinə yetirilməsində aktiv şəkildə iştirak edir. Müəssislər məclisi Pişəvəri başda olmaqla 39 nəfərdən ibarət idarə heyəti seçir. Bu heyətin vəzifəsi çıxarılan qərarların yerinə yetirilməsindən ibarət idi. Firidun İbrahimi bu heyətin aktiv üzvlərindən biri kimi bütün gücü ilə bu qərarların dəqiq icrasına çalışırdı.
1324-cü azərin 21-də Azərbaycan xalqının inqilabı hərəkatı qələbə çalır. Təbriz hərbi qarnizonu təslim olur və Azərbaycan tarixində yeni fəxredici bir dövr başlanır. Azərbaycanın milli müxtariyyət dövləti yaradılır və Pişəvəri baş nazir təyin olunur. Firidun İbahimi isə baş prokror vəzifəsinə seçilir. Bu təyinat çox layiqli bir təyinit idi. Bu vəzifəyə düzgün və ədalətli bir insan təyin oldu.
Azərbaycan xalqı ayağa qalxıb öz müqəddəratını əldə etməsi dünya ictimaiyyətinə onu göstərdi ki, bu xalq heçdə başqa millətlərdnə geri qalmayıb. Bu xalq başqa inkişafda olan xalqlar kimi bütün ictimai problemlərini layiqində həll etməyə qadırdı. Lakin Tehran irticaçıları mərkəzdə min bir fitnəkarlıqla mətbuatlarında Təbrizdə qurulan milli hökumətə qarşı töhmət və iftira dolu yalanlar uyduraraq, yazırlar. Bu dəfə Firidun İbrahimi öz kəskin və iti qələmi ilə bir yazıçı yaxud siyasətçi deyil, bəlkə həqiqi bir tarixçi kimi ayağa qalxır və Tehran şovonistlərin əsassiz iftira və yalanlarına tarixi faktlarla cavab verir. O, kiçik həcmili, lakin dərin mənalı “Azərbaycanın Qədim Tarixi” adlı kitabı1325-ci ildə Təbrizdə Sovet mədəniyyət evi vasitəsi ilə çap etdirir. Bu kitab bir neçə dildə, o cümlədən fars dilinə tərcümə olunaraq, çap edilərkən Tehran mühitində istər müxaliflər, istərsə tərəfdarlar arasında böyük hay-küyə səbəb olur. Eyni zamanda o, “Azərbaycan Danışır” ünvanlı 22 məqalə ki, “Azərbaycanın Qədim tarixi” adlı kitabın möhtəvasını təşkil edir, “Azərbaycan” qəzetində dərc etdirir. O, bu məqalələrdə Azərbaycanın əski tarixindən və orada yaşayan əhalidən söz açır. Bu məqalələr milli duyğu və vətən eşqilə doludur. O, yazır: “ Qədim Assorı daşyazmalarında mixi xəttlə yazılar aydın şəkildə göstərir ki, müasir Azərbaycan ərazisində yaşayan tayfaların arasında “azərbaycanlıların ulu babaları “midiyalılar” ən güclü tayfalardan olublar.”
Ardı var