DAUİB-nin kollektivi yenə yardım kampaniyasını davam etdirir

DAUİB-nin kollektivi yenə yardım kampaniyasına başlayaraq Agcabədi rayon Hüsülü kəndindən olan qazi və şəhid ailələrini ziyarət etmək üçün yola düşdü. Necə gözəl bir mənzərə ilə qarşılaşdıq.Kəndin girəcəyində Şəhidimiz Xəlilov Fəryad Fəxri oglunun adına ucaldılmış xatirə lövhəsi və tər güllər əkilmiş abidənin qarşısında şəhidin ruhuna dualar oxuyarkən bir qurup kənd gənclərinin əllərində su gətirib gülləri suvarmalarının şahidi olduq.Onlarla bir xeyli söhbət etdik qürur hissi ilə gözlərimiz yaşardı.Onlara təşəkkürümüzü bildirib daha sonra şəhidin evinə yollandıq.