YoldaŞ Firidun İbraminin şəhid olmasinin 74 illiyi munasibətilə 2 hissə

“Azərbaycan” qəzetinin ikinci dövrünün 43-cü nömrəsində “Azərbaycan Danışır” ünvanlı məqalədə  yazır: “ Bu yaddaşları yazmaqdan məqsədimiz birinci növbədə Temrandakı mətbuatın boşböğazlıqlarına cavab vermək və onları yerində oturtmaqdır.  İkincisi isə millətimin parlaq tarixindən, mədəniyyətindən və millətin azadlıq hüqurqundan müdafiə etməkdir.  Ulu babalarımızın keçmiş tarixini yazmaqla onların kim olduqlarını və hansı iftixarata sahib olduqlarını göstərməkdir. Onlar necə öz varlıqlarını qoruyub və hansı fəxredici tarixi yaratdıqlarını isbat etməkdir. Onların həqiqi varlıqlarını dünya ictimaiyyətinə göstərmək istəyirəm. Göstərmək istəyirəm ki, bu millət bəşəriyyətin sivilizassiya tarixində uzun əsrlər boyu əsərətdə yaşamasına baxmayaraq, özünü necə qoruyub saxlamışdır. Bu gündə bu millət öz hüquqlarının bərpası üçün ayağa qalxıb, qiyam etmiş və haqqını almışdır. Millətimiz öz hüququnu bərpa etməsinə baxmayaraq, mürtəce Tehran hakimiyyəti müxtəlif fitnəkarlıqla xalqın qanuni haqqını aradan aparmağa çalışır.Onlar Tehran qoşunlarını, silahlı feodal-xanları və əlaltılarını Azərbaycan Milli Hökumətinə qarşı üsyana dəvət edirdilər. Xəmsə vilayətində, Zəncan şəhərinin ətrafındakı Zülfüqarı xanları, Əhər, Qaradağ mahalın Abdulla xan adlı silahlı dəstə asayışını pozmaqla məşğul idilər. Ən önəmlisi isə Urmiyyə qarnizonunun komandiri palkovnik Zəngənə və idarə rəisi mayor Qasım Baharvənd, dördüncü vilayətin jandarm komandiri Əli Nurbəxş təslim olmaq istəmirlər. Onlar Azərbaycan xalqının haqlı qiyamının qarşısında müqavimət göstərirlər. Onların əmri ilə Əsgərlər və jandarmlar tankla Urmiyyə ətrafı kəndlərə hücum edir, silasız əhalini öldürürlər. Evləri və qəsəbələri qarət edib yandırırlar. Onlar 500-dən artıq günahsız qadın, uşaq və kişiləri qətlə yetirir, evlərini isə dağıdırlar. Urmiyyənin milli və azadlıqsevər qüvvələri başqa şəhərlərin fədailəri Urmiyyə xalqına yartım etməyə səsləyirlər. Sonda cinayətkar Zəngənə və onun əlaltıları silahlı fədailərin qarşısında təslim olmağa məcbur olurlar. Bir müddətdən sonra palkovnik Zəngənə və onunla birlikdə tutulanlar mühakimə olmaq üçün Təbrizə gətirilir. Azərbaycan müxtar dövlətinin baş prokroru Firidun İbrahiminin ağır və hay-küylü mühakimə yürütməsi gözlənilir. O, yüzlərlə günahsız qadın, uşaq və kişilərin qətlində səbəbkar olan canilərə ağır istintaq materialı hazırlamış və bu cinayətkarları ağır cəzalara məhkum etmək istəyir.

Firidun İbrahiminin səyi nəticəsində ədliyyə idarəsi və prokrorluq napak ünsürlərdən təmizlənir. Hətta inadkar milli hökumət düşmənləri də buna etiraf edirlər. Milli hökümət vaxtı İrnan tarixində Azərbaycanda yaranan təhlükəsizlik və asayiş ölkənin heç bir yerində görünməmişdir.  Xalqın asayişini pozan Xuliqanlar, quldurlardan hər gün şikayətlər olunurdu. Məhkəmə tərəfindən onlar ən ağır alırdılar, Misal üçün quldur qarnı yırtıq Kazım mühakimə edilərək ölüm cəzasına məhkum oldu. Firidun müntəzəm surətdə həbsxanalara baş çəkir, mehribanlıqla məhbusların problemlərini eşidir. 21 Azər qiyamından əvvəl məhbusların əksəriyyətinin yüngül cəzasını bağışlayır və onları azad edir. Firidun İbrahimi məhkəmələrin vəzifələri haqda “Azərbaycan”  qəzetində bir çox dəyərli məqalələr yazaraq dərc edir. Həmçinin vergi sistemi haqda da olan pozutular onu dərindən incidir. Bu üzdən  bu məsələ haqda da mqalələr yazır. O, Azərbaycan Milli Hökumətinin ağır maddı durumundan da xəbəri vardır. Tehran oğruları Azərbaycan banklarında olan bütün budcəni kisələrə dolduraraq Tehrana göndərirlər. O, Azərbaycan qəzetinin 86-cı nömrəsində belə yazır: “ Biz hər sahədə mütərəqqi millətlərdən geri qalmışıq. Ölkəmizdə mədəniyyət yoxur, səhiyyə bərbad haldadır. Pul yoxdur. İş yoxdur. Çətinliklər təsəvvürə sığışmayan həddədır. Bu çətinlikləri və problemləri aradan qaldırmaq üçün milli dövlətimizə yardım etməliyik. Vergini vaxtında ödəməklə maliyyə baxımdan dövlətimizi gücləndirmiş oluruq.  Beləliklə də bu ağır şəraitdə xalqımızın ehtiyaclarını təmin etmiş oluruq. Biz ölkəmizi abadlaşdırmaqda və inkişaf etdirməkdə böyük addımlar atmalıyıq.”

Təbiidir ki, Firidun İbrahiminin əsas işi  Milli hökumətdə yeni hüquq sistemi nizamlaması olmalı idi. Baxmayaraq ki, Hüquq fakültəsini bitirməsi bir neçə ildən artıq deyildi, amma o, bir təcrübəli hüquqşünas kimi bu sahəni bütün öyrənmişdi. O, xalqın asayişi üçün bütün hüquqi sənədləri hazırlayaraq lazımə orqanlara göndırir. Bu sənədləri Azərbaycan dilində sadə və hamının anladıqı dildə nizamlayır. Onun bu işi Azərbaycan xalqının marağına səbəb olur.

Milli hökumətin konstitusiyasını hazırlamaq üçün Pişəvərinin rəhbərliyi ilə 13 nəfərdən ibarət bir heyət təşkil olunur.  Bu qanunun yazılmasında əsas rolu baş prokror Firidun İbrahimi və hüquqşünas İsmail Şəms oynayır. Onlar tərəfindən Qanun tam dəqiqliklə hazırlanaraq Pişəvəriyə təqdim olunur. Amma mərkəzi hökumətin hay-güyü və beynəlxalq şəraitin münasib olmaması səbəb olur bu qanun baş nazırın masasının sirtməsində töz basqaraq xalqın ixtiyarına verilməsin.

Bu dövrdə ən mühüm hadisələrdən biri də Firidun İbrahiminin Avropaya, xüsusilə Parisə səfər etməsidir. İkinci dünya müharibəsi bitdikdən sonra fateh dövlətlər “Paris Sülh konfransı! Adlı bir yığıncaq təşkil etdilər. Bu konfrans dünyanın gələcəyinə və Avropa qitəsində sülhün bərpa olmasına həsr olunmuşdur. Müharibə qalibləri yenidən dünyanı bölüşdürməyi düşünürdülər. Müstəmləkə və yarım müstəmləkə ölkələri bu şəraitdən yararlanaraq ayağa qalxıb, öz azadlıqlarını tələb edirdilər. Konfran bu qədər kor düyünləri açmalı və bütün suallara cavab tapıb həll etməli idi. Firidun İbrahimi Azərbaycan mətbuatının nümayənəsi kimi  Parisə gedir. O,  Parisin məşhur  “Lükzanbürq” sarayında  keçirilən sülh Konfransında iştirak edir və bütün müzakirələri diqqətlər izləyir. Firidun bu konfransın nəticəsi olaraq “Azərbaycan” qəzetində 26 məqalə nəşr etdirir. O, bu yazılarda Amerika, İngiltərə dövlətlərinin və onlardan təbəiyyət edən Fransa dövlətinin fitnəkar siyasətlərini ifşa edir. Onların apardıqları müstəmləkəçilik siyasətini və hətta başqa azad dövlətləri öz nüfuzları dayirəsinə salmaq siyasətlərini kəskin tənqid edir. Firidun İbrahimi Sovet nümayəndələrinin sülh naminə yürütdükləri siyasəti, kiçik dövlətlərin mənfətlərindən necə müdafiə etdiklərini, habelə dünya və məntəqədə gedən gərginliyin qarşısını almalarını təqdir edir. O, “Güclü Sülh Və barışıq Müdafiəçiləri” ünvanlı sərlövhəli məqaləsində yazır:” Sovet sosyalisti mahiyyətinə görə Paris sülh konfransında barışıq, dostluq və əsaslı bir sülhün yaranması siyasətini yürüdürdü. Konfrans başlanarkən Sovet dövlətinin sülh  siyasətinə qarşı kəskin təxribat aparılırdı.Bu təxrinatın məqsədi Sovet dövlətinin apardığı sülh siyasətini dəyərdən samaq idi. Bu təxribat dünyanın gələcəyini təhlükə altına sala bilərdi. Dünyanın irticaçı mətbuatları bu konfransda müzakirə olan məsələləri təhrif edərək onları öz istədikləri formada dərc edirlər. Yalnız Sovet mətbuatında konfransın müzakirələri bütün dəqiqliyilə görmək olar.”

Firidun İbrahimi Parisə olarkən Fransa müstəmləkəsi olan ölkələrin azadlıq hərəkatı rəhbərləri və nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparır. Eyni zamanda Paristə Fransa dövləti ilə müzakirə aparam Mərakeş azadlıq hərəkatının nümayəndələri ilə görüşüb və müzakirə aparır. Bu danışıq barəsində belə yazır: “Sentyabrın 9-da “Lutsiya” hotelində bir demokrat yazıçının yardımı ilə Mərakeş Azadlıq partiyasının nömayəndə heyəti ilə tanış oldum. Bir saatdan artıq onlarla fikir mübadiləsi apardıq. Onlar Azərbaycan Demokrat Firqəsi və xalqımızın müxtariyyət hərəkatı haqda kifayət qədər məlumatları var idi. Lakin onlar eşidəndə ki, ərəb  birliyinin köməyi olmadan bir müsəlman ölkəsi özü təkbaşına öz azadlığını əldə etmiş, heyrətdən ağızları açıq qalırdı. Onlarla müzakirədə belə məlum oldu ki, Mərakeş İstiqlal Partiyası nömayəndələri zərrəcə ərəb birliyi başçılarının mahiyyətlərindən məlumatları yoxdur. Onlar bilmirdilər ki, Ərəb birliyi başçıları yalnız imperiya dövlətlərinin istəklərini icara edirlər. Bu üzdən də belə ölkələrin əhalisi Ərəb birliyinın yardımı olmadan müsəlman xalqlarının azadlığa çıxmasının imkansız olduğunu düşünürdülər. Mən Ərəb birliyi rəhbərlərinin mahiyyətini, məqsəd və hədəflərini onlara açıqlayaraq izah etdim ki, həqiqi azadlığa çatmaq və öz müqəddəratını təyin etmək üçün yalnız xalq öz güçünə arxalanmalıdır. Yalnız xalqın birliyilə bu müqəddəs hədəfə nail olmaq olar.”

Maraqlıdır ki, Firidun İbrahimiyə nömayəndə sifətilə konfransda iştirak etmək üçün Azərbaycan Milli Hökuməti tərəfindən Azərbaycan dilində pasport verilir və o da bu pasportla Tehran Ayraportundan Parisə uçur. Ayraport məmurları Pasportu görən kimi təəccüb edirlər. Onla deyirlər: “Bu mümkün deyil, məgər Azərbaycan dilində pasport  vermək olarmı? Məmurlar qarşısını alırlar. Lakin Firidun İbrahimin müqaviməti və israri onları qane edir. Sonda çixiş izni almağa müvəffəq olur.

İran nömayəndə heyəti ilə birlikdə Parisə yola düşür. O, sonralar yazır: “ Mərkəzi hökumətin məmurları pasportumu körəkən ilan kimi qıvılmağa başladılar. Onlar inana bilmirdilər ki, eıə bir gün gələcək ki, Azərbaycan dilində pasport da veriləcək.

Firidun İbrahimi təkcə təcrübəli və görkəmli bir hüquqşünqs deyil, bəlkə bir bacarıqlı diplomat kimi Paris sülh konfransında iştirak edərək ona tapşırılan vəzifəsini layiqincə yerinə yerir.

1325-ci il fərvərdinin 6-da AMH-nin baş nazir və  ADF-nin rəhbəri Seyyid Cəfər Pişəvərinin çıxışı ilə Azərbaycan radosunun işə başlaması, önəmli tarixi bir hadisə hesab edilir. “Azərbaycan Danışır” səsi Təbriz Radiosandan eşidən hər bir azərbaycanlını dərindən sevindirir. Firidun İbrahimi də həddən artıq sevinir. O qədər həyəcanlıdır ki, ana dilində bu səsi eşidən an gözləri sevinc yaşila dolur.O, bu münasibətlə yazır: “ Bu gündən  Azərbaycan xalqı İranın hər bir yerindən Azərbaycan səsinə və Təbriz radio verilişlərinə qulaq asır və ana dilində onu tərənnüm edib sevinəcək. İndi Azərbaycan övladları dünyanın harasında olmasından asılı olmayaraq, anadilində səsini eşidib öz varlığından qürur duyacaq. Qoy Azərbaycanın şən və güclü səsi dünya üzərində dalğalansın! Qoy azad olmuş xaqın səsi dünyada eşidilsin! Artıq Azərbaycan qara günü və keçmiş acı xatirəni arxada qoyaraq danışır.!

O, dünya dilləri arasında daha çox fransız dilinə maraq göstərir. Bu dildə çox rəvan və səlis danışır. Bu üzdən radionun firansız dilindəki xüsusilə verilişini o, hazırlayır. Hətta Təbrizə gələn Fransa həmkarlar ittifaqinin sədri onun qonağıdır. O, bütün rəsmi idarə işlərini buraxaraq yüksək rütbəli qonağı qaşılayır və özü şəxsən onunla müsahibə aparır. Bu müsahibə “Azərbaycan” qəz etində nəşr olunur.

1325-ci ilinüfüqü el də parlaq görünmür. Baxmayaraq ki, Azərbaycanxalqı qollarını çırmaılayıb yeni quruculaqla məşğul idi və gecə-gündüz öz vətəninin abadlaşdırması yolunda böyük addımalar atırdı, amma dünyada, habelə İranda vəziyyət elə də münasib deyildi. Soyuq müharibənin qara buludları dünyanın və İranın siyası fəzasını günü-gündə qaraltmaqdaydı. Soyuq müharibə hər şeydən öncə yeni qurulmuş AMH-i hədəfə almışdı. Qızıl oldu İranı, yəni Azərbaycanı tərk etmək məcburiyyətindəydi. Teranda isə Mürtəce Sədrül-əşraf dövləti yerini Qəvamüssltənəyə dövlətinə verir. Hiləgər qoca siyasətçi Qəvamüssəltənə bu dəfə demokrat siması altında meydana atılmışdı. Yeni yaratmış partiyanınsının adını da Demokrat partiyası qoydu. O, bir tərəfdən İran Xalq partiyasına yaxınlaşır. Hətta öz dövlətində bu partiyanın nömayəndələrinə yer ayırır. Digər tərəfdən də Moskvaya gedir və müharibədən qalib çıxmış siyasi çəkisi ağır olan İstalinlə görüşüb müzakirə edir. Deyədən, İstalini də öz fikirləri ilə razılaşdırır.

Ardı var