GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRİLƏN layihəyə start verdi

Gənc Vətənpərvərlər Ictimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə
“Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın təbliğ olunması ” adlı layihəyə start verdi GVİB-yi layihənin icrasının başlanması ilə bağlı konfrans keçirilib
İclasda GVİB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak edirdilər. Konfransı giriş sözü ilə acan layihə rəhbəri Müqamət Əliyev gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırdı və qeyd etdi ki, Gənclər Fondun yardımı ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılmış, əmr və müqavilələr hazırlanmışdır.
Bunun xaricində təşkilatın 12 fəalı da könüllü olaraq layihəyə cəlb edilmişdir.
İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılmışdır.
Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilmişdir.
Layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev bildirdi ki, icra olunan layihə 01 dekabr 2023-cü il tarixdən 01 mart 2024-cü il tarixə kimidir . 3 ay müddətində icra olunan layihə Bakı şəhər Ali və orta təhsil müəssisələrində həyata keçiriləcək. layihənin əsas məqsədi , Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda II –ci Qarabağ və
2023-cü il 19-20 sentyabr tarixində Qarabağda aparılan “antiterror əməliyyatları”nda, döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçiləriin, həmçinin qazi və qəhrəmanlarının təbliğ olunması, işğaldan azad edilmiş torpaqlarda məskunlaşmada gənclərin marağın artırılması və narkomaniyadan və pis vərdişlərindən uzaq olması və s tədbirlərinin keçirilməsidir.
.
GVB-n mətubat və informasiya şöbəsi
Bütün reaksiyalar:

Muğan Əliyev və Elcin Axundov