Parlament seçkiləri noyabrın 3-də keçirilməlidir, ancaq… – Məzahir Pənahovdan AÇIQLAMA

Qanunvericiliyin tələbinə uyğun olaraq, noyabrın 3-ü parlament seçkiləri keçirilməlidir.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, COP29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur.

Məzahir Pənahov deyib ki, bununla bağlı geniş maarifləndirmə işlərinə başlanılıb: “Maarifləndirmə proqramı təsdiq edilib və Mərkəzi Seçki Komissiyası bunu bəyənib. Bu günlərdə MSK-nın iclasında bunu müzakirə edəcəyik”.