GƏNC VƏTƏNPƏRVƏRLƏR İCTİMAİ BİRLİYİ ADINDAN VƏ ÖZ ADIMDAN Azərbaycanda Konstitusiya Günü MÜNASİBƏTLƏ VƏTƏNPƏRVƏR XALQIMIZI TƏBRİK EDİR

 Bəşəriyyət dövlət yaratdığı gündən daima konstitusiyalı (latın sözü olan constitutio – quruluş, təsisat deməkdir) və konstitusiyasız saysız-hesabsız siyasi sistemlərin təşəkkül və süqutuna şahidlik edib.
Hər bir dövlət müstəqillik və suverenlik arzularını, qurmaq istədiyi cəmiyyətin strateji xəttini öz konstitusiyası (yazılı və yazısız) ilə müəyyənləşdirir.1995-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə müstəqil dövlətimizin Konstitusiyası 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olundu. Prezident Heydər Əliyevin 6 fevral 1996-cı il tarixli sərəncamı ilə 12 Noyabr Konstitusiya Günü kimi qeyd edilir.
Müstəqilliyimizin atributlarından olan KONSTİTUSİYAMIZA həmişəyaşarlıq, özümüzə isə bu ANA QANUNA layiq olmaq istəyi ilə Bayramımız mübarək olsun deyirəm!
GVİB Sədri Muğan Əliyev