“Şuşa İli” və şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə isveçli fotoqraf və rejissor Mikael Silkeberq tərəfindən “Xarıbülbül əfsanəsi” sənədli filmi çəkilib.

Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şuşa İli” və şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə isveçli fotoqraf və rejissor Mikael Silkeberq tərəfindən “Xarıbülbül əfsanəsi” sənədli filmi çəkilib.

Noyabrın 10-da Nizami Kino Mərkəzində ekran əsərinin təqdimatı keçirilib.


Kinorejissor Rahim Sadıqbəyli Dunyaxəbər.org a filmin necə ərsəyə gəlməyindən danışıb.
Biz ötən il Mikael Silkeberqlə İsveçdən Azərbaycana gəldik . Jurnalistlərlə birlikdə Şuşaya Füzuliyə getdik .Mixaellə İsveçrədə Rastrapoviç mərkəzində ,Qarabağda çəkdiyi rəsmlərin zərgisini keçirdik. Sonra Mixaelə Xarı bülbül əfsanəsini danışdım.belə bir sənədli film ideyası yarandı. Biz bu barədə İsveç krallığının səfirliyinə müraciət etdik onlar da çox gözəl qarşıladılar və dəstək oldular. Mədəniyyət nazirliyinin xətti ilə film ərsəyə gəldi.

Qeyd edim ki , Rahim Sadıq əyli 18 ildir İsveçdə yaşayır və ölkəmizi təmsil edir.
Dünyaxeber.org Leyla Mətin