Şəhid Fərid Ömər oğlu Ramazanovun ikinci ildönümü kecirildi

Dünyaxeber.org-un nümayəndəsi xəbər verir ki,11 oktyabr 2022-ci il tarixində Şəhid Anaları ilə birlikdə Şəhid Fərid Ömər oğlu Ramazanovun ikinci ildönümündə iştirak etmişdi.Şəhidin ikinci ildönümündə Qax Rayon rəhbərliyi,Rayon ictimaiyyətinin nümayəndələri,Qax rayonu və Qum kənd Mədəniyyət işçiləri, Qum kənd kitabxanasının əməkdaşları, Rayon və kənd məktəblərinin müəllim və şagird kollektivləri, Qum kənd camaatı iştirak etdilər və İgid,Qəhrəman Şəhidimiz Fərid Ömər oğlu Ramazanovun hərbi fəaliyyətinə və döyüş yoluna həsr olunmuş sərgi ilə tanış oldular.
Şəhid gizir Ramazanov Fərid Ömər oğlu 23 dekabr 1991-ci il tarixində Qax rayonunun Qum kəndində doğulmuşdur.2009-cu ildə Qum kənd orta məktəbini bitirmişdir.Hərbi xidməti bitirdikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində hazırlıq kursunu bitirmiş, “N” saylı hərbi hissədə xidmətə başlamışdır.Xidmətdə fərqləndiyinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” medalı ilə təltif olunmuşdur.
Şəhid Fərid Ömər oğlu Ramazanov Vətən müharibəsində 9 oktyabr 2020-ci ii tarxində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Ən uca məqam olan Şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı”ordeni ilə,”Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
11 oktyabr 2020-ci ildə Qax rayonunun Qum kəndində dəfn olunmuşdur.
Ailəli idi. Uğur adında bir oğlu var.
İgid,Cəsur, Qəhrəman Şəhidimiz məkanın cənnət olsun.Sizin unudulmaz xatirəniz uğrunda can fəda etdiyiniz Vətənin tarixində və Azərbaycan Xalqının qəlbində əbədi yaşayacaqdır!
Haqqınızı halal edin bizlərə..

Şəhidlər ölməz,Vətən bölünməz!

Dərin ehtiramla,
“Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri Solmaz Əfəndiyeva, Şairə Solmaz Elqızı.