Şəhid Abbasov Ramil Sabir oğlunun ikinci ildönümü qeyd olundu

 Dünyaxeber.org-un nümayəndəsi xəbər verir ki,11 oktyabr 2022-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin Çavuşu, Vətən müharibəsi şəhidi,Şəhid Abbasov Ramil Sabir oğlunun ikinci ildönümündə Şəhid Anaları ilə birlikdə Solmaz Əfəndiyeva iştirak etmişdi.Şəhid Abbasov Ramil Sabir oğlunun ikinci ildönümündə Qax Rayon rəhbərliyi, Qax Rayon ictimaiyyəti, Rayon və kənd məktəblərinin müəllim və şagird kollektivi, Turaclı camaatı da iştirak edirdi Ramil Sabir oğlu Abbasov 1 aprel 1989-cu il tarixində Qax Rayonunun Turaclı kəndində anadan olub.Ailəli idi.Üç övladı var.Şəhid Ramil Abbasov 10 oktyabr 2020-ci ildə Tərtər rayonu ərazisində Suqovuşan istiqamətində gedən döyüşlərdə Ən uca məqam olan Şəhidlik zirvəsinə ucalıb.Ramil Abbasov uşaqlıq yaşından hərbi ruhda böyüyüb.O,həmişə vətənimizi mənfur düşmən işğalından azad  görmək istəyib.Bu onun ən böyük arzusu olub.Vətən müharibəsi zamanı qızğın döyüşlərə  qatılan Ramil Murovdağın Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.Döyüşlərin birində yaralanmasına baxmayaraq,döyüş yoldaşlarını döyüş zonasından çıxarıb.
 Ölümündən sonra dünyaya gələn körpəsinə Şəhid Ramil Abbasovun öz adı verilib.
Vətən müharibəsi şəhidi,Çavuş Abbasov Ramil Sabir oğlu ölümündən sonra,
1.”Vətən uğrunda” -(15.12.2020) medalı ilə,
2.”Suqovuşanın azad olunmasına görə”-(2 9.12.2020) medalı ilə,
3.”İgidliyə görə”-(24.06.2021) medalı ilə,
4.”Kəlbəcərin azad olunmasına görə”-(24.06.2021) medalı ilə təltif olunub.
Şəhidimiz Abbasov Ramil Sabir oğluna və Bütün Şəhidlərimizə Hamısıah rəhmət eləsin.Məkanları cənnət olsun.Amin.
Şəhidlər ölməz,Vətən bölünməz!
“Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri Solmaz Əfəndiyeva,Şairə Solmaz Elqızı.