Zaqatalada 72 yaşlı kişi çaqqalın hucumuna məruz qalıb

Hadisə bu gün rayonun Bəhmətli kəndində baş verib.
Kənd sakini 1950-ci il təvəllüdlü Mümtəzir İsmayıl oğlu Muradov kəndin ərazisində ailəsinə məxsus qoyunları otaran zaman yaxınlıqdakı kolluq sahədən çaqqal çıxaraq qoyunlara hucum edib. Qoyunları çaqqalın hucumundan qorumaq istəyən M. Muradova yırtıcı heyvan hucum edib. Nəticədə çaqqal M. Muradovun hər iki aşağı ətrafına bir-neçə yerdən xəsarət yetirib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edən M. Muradova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvən vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.