Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə ” Son zəng” tədbiri keçirildi-Baş redaktor iştirak etdiyi son zəngdən yazdı-FOTOLAR

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə ” Son zəng” tədbiri keçirildi.
Tədbirdə Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Vüqar Əsədov, şəhid Telman İsgəndərovun atası Nadir İsgəndərov, şəhid Həmidağa Nağıyevin anası Qənirə Nağıyeva ,vaxtilə bu məktəbdə çalışmış ,hazırda təqaüddə olan müəllimlər ,valideynlər, şagirdlər iştirak edirdilər.
Tədbir iştirakçıları məktəbin həyətində ucaldılmış Telman İsgəndərovun büstü önünə tər çiçəklər düzdülər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva açdı.Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Bu il məktəbin 11- ci sinfini 40 nəfər şagird bitirir. Məzunlardan Cabbarova Aynur 643,Şamxalova Leyla, Rəsulov Mirhüseyn 500 dən yuxarı bal toplayıblar.
Məktəbin direktoru öz çıxışında qeyd etdi ki,bu ilki məzunların bitirdiyi il əlamətdar bir ilə ” Şuşa ili” nə təsadüf edib. Çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan danışdı. Məzunlara Azərbaycanımızın inkişafı yollarında uğurlar arzulandı.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az