Şuşa Daşaltı istiqamətində gedən döyüşlərdə itkin düşən şəhidlər

DAUİB-yi və Dunyaxeber org-un bölgə uzrə rəhbəri, 08 may 1992 çi ildə itkin düşmüş Şəhidlərimiz Mütəllimov Afər Zakir oğlu və Eminov Abdulla Həşim oğlunun analarının  ziyarət etdik.Ramiz Qəmbərovun başçılıq etdiyi könüllülərdən ibarət dəstədə Şuşanın müdafiəsində iştirak ediblər .Hər iki Şəhidimiz eyni gündə Şuşa Daşaltı istiqamətində gedən döyüşlərdə itkin düşüblər.

Bu gün Şəhid anaları və Zaqatala rayonu Mədəniyyət evinin bədii rəhbəri Hümbətova Samirat müəllimə ilə birgə ,hər iki Şəhidimizin valideynləri Fatma ananın və Rəna ananın yanında olduq, Şəhidimizin adına verilən küçədə və adına olan bulaqda olduq .Hər iki ananın hələdə gözü yoldadır və söhbət əsasında bildirdilərki,ölüsünüdə qəbul edirik , bir məzarlarıda yoxdur ki ,gedib bizdə ürəyimizi bosaldaq,Hamısıah səbr versin analara .