” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi adlı təlim keçirildi

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Goranboy rayonunda 2022 – ci il aprel ayının 4 -də
” El Gücü ” Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin xətti ilə “Dünyanın təhsil sahəsində innovativ ,effektiv hesab edilən ” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi ” adlı lahiyə ilə bağlı təlim Goranboy rayonunun 1 nömrəli tam orta məktəbində Goranboy rayon Təhsil Şöbəsinin əməkdaşları və məktəb direktorlarının iştirakı ilə keçirildi.
Tədbiri giriş sözü ilə ” El Gücü ” Beynəlxalq Humanitar Asosiasiyası İçtimai Birliyinin sədri , keçiriləcək layihənin rəhbəri Sara Məmmədova açdı .
O, tədbir iştirakçılarına rəhbəri olduğu təşkilat haqda qısa məlumat verdi və bildirdi ki, keçirəcəyimiz təlim Gorsnboy rayononda gündə 3 saat olmaqla 5 gün (aprel ayının 4 , 5 , 6 , 7 , 8 zi olmaqla) davam edəcək .
Sonra Sara Məmmədova ” Rəqəmsal Hekayə danışma” texnologiyasının müəllimlərə öyrədilməsi adlı layihənin məqsədi ilə bağlı təlim iştirakçılarına məlumat verdi
Layihənin rəhbəri Sara Məmmədova layihənin keçirilməsində dəstəyi olan Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev başda olmaqla İcra Hakimiyyətinin əməkdaşlarına , Goranboy rayon Təhsil Şöbəsinin rəhbərinə və şöbənin əməkdaşlarına , şəxsən Təhsil Şöbəsininmetodisti Hicran xanıma ,1 nömrəli məktəbin direktoru Daidə xanıma təşkilatın idarə heyəti adından təşəkkür etdi .
Təlimə başlamazdan əvvəl Azerbaycan Respublikasının Dövlət himni səsləndirildi .Təlimə başlamazdan əvvəl
Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş ,qanları ilə tarix yazan Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Şəhidlərimizə rəhmət , qazilərimizə can sağlığı söylənildi .
Sonra Sara Məmmədova ” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi adlı təlimi aparmaq üçün sözü Bakı Amerika Mərkəzinin təlimçisi , bir çox beynəlxalq təşkilatlar tərəfindən verilmiş sertifikatların sahibi , ” El Gücü ” Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin Beynəlxalq Əlaqələrlə iş şöbəsinin müdiri , peşəkar təlimçi Ehtiram Məmmədova verdi .
Ehtiram Məmmədov ” Rəqəmsal Hekayadanışma ” Texnologiyasının müəllimlərə öyrədilməsi ilə bağlı təlimin incəlikləri , aparılması faydası , məqsədi ilə bağlı təlim iştirakçılarına ətraflı ,geniş məlumatlar verdi. Goranboy rayonunda aparılan təlim 5 gün davam etdi .
Hər təlim arası fasilədə təlim iştirakçılar çay, kofe ,şirniyyat süfrəsinə dəvət olundular . 8 – aprel 2022 – ci il tarixdə təlim nəticəli olaraq müvəffəqiyyətlə başa çatdı . Sonda təlimdə fəal iştirak edən müəllimlər ” El Gücü ” Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin rəhbəri tərəfindən Sertifikatla təltif olundular ” .
Layihənin məqsədi ;
Ali və orta təhsil müəssisələrində çalışan müəllimlərə ” Rəqəmsal Hekayədanışma ” texnologiyasının öyrədilməsi ilə əlaqədar təlimlər keçirərək , tədrisin keyfiyyətinin yüksəlməsindən , əlavə bilik – vərdişlərin öyrədilməsindən , və bu sahəyə peşəkarcasına yiyələnmiş müəllimlər vasitəsi ilə təhsil müəssisələrində ” Rəqəmsal Hekayədanışma ” mərkəzlərinin formalaşmasından ibarətdir .