Xocalı dərdi..


Dünyada elə dərdlər var zaman onu sağaltmasada, qaysaq bağlayır. Amma Xocalı dərdi heç vaxt nə sağalacaq, nə də qaysaq bağlayacaq. Daima qan sızacaq…
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Xocalıda qətlə yetirilmiş 70 ahıldan bəhs edən “Geriyə baxma” adlı ərsəyə gələn sənədli –xroniki filim də belələrindəndir. Filim Azərbaycan, ingilis dillərindədir. Unutmayaq ki, Holokos şahidlərin siyahısı, “Pianist” filminin çəkilməsi ilə tanındı və hüquqi qiymətini aldı. Biz də belə filmlərimizi təkmilləşdirməli, sayını, keyfiyyətini artırmalıyıq. Bu yolla gedərək, Xocalıya hüquqi qiymət verilməsinə nail olarıq.
İllər ötdükcə şahidlər dünyasını dəyişir. Xocalı soyqrımını törədənlər hələdə cəzasız qalıb. Soyqrım kimi 13 ölkədə tanınıb.
Bir gecədə 70 ahıl min bir zəhmətlə tikib, qurduqları evlərindən zorla qovularaq, Kətik meşəsinə üz tuturlar. Amma getmək istımirlər. Geriyə qayıtmaq istəsələrdə, arxa yağı, ön isə göz dağıydı. Kimisi övladı qorumaq üçün “mən bu meşənin hər cığırına bələdəm”- deyərək ölümünü gözləyir kimisi isə nəvəsini qorumaq üçün sinəsini qabağa verərək, gülləyə tuş gəlir. İndi onların çoxusunun məzarı belə yoxdu. Xocalınin içində, Kətik meşəsində sərgərdan ruhları dolaşır.

Xocalı soyqrımın 30 illiyi ərəfəsində 70 ahıldan bəhs edən”Geriyə baxma” kitabımın motivləri əsasında çəkilmiş,eyni adda bu filmin Zoom vasitəsi ilə keçirdiyimiz təqdimat mərasiminə dünyanın bir çox ölkələrində fəaliyyət göstərən diasporalar,QHT-lər, elm adamları qatıldılar, öz fikirlərini söylədilər.
Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbərliyi bu filmin alman dilinə tərcüməsini və dublyajını öz üzərlərinə götürüblər. Filmin təqdimatınında Almaniyada keçirəcəklərini bildiriblər. Bu layihənin davamı olaraq, almanaca ərsəyə gəlməsi təqdirə layiqdir. Təşkilatçılara Altay Rüstəmliyə, Ağa Ağayevə sonsuz təşəkkürlər!