Əkrəm Bəydəmirli: “Rusiyada yaşayan soydaşlarımızın intelektindən istifadə olunmalıdır”

“Rusiyalı hərbi ekspert  “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan Televiziyasına müsahibəsində maraqlı məqamlara toxunub. Aparıcının Rusiya telekanallarında mövcud olan ermənipərəst mövqeylə bağlı  sualına- ekspert Rusiya telekanallarında ermənipərəst mövqeyin olduğunu etiraf edərək maraqlı təkliflə çıxış edib”. “Olaylar” xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, o, bildirib ki, gənc azərbaycanlı politoloqlar hazırlanmalıdır. Hərtərəfli biliyə və hadisələri düzgün təhlil etmək bacarığına malik olan həmin politoloqlar Rusiya telekanallarında mütəmadi olaraq çıxış etməlidirlər: “Hər zaman obyektivliyi ilə seçilən  və Azərbaycanın ədalətli mövqeyini müdafiə edən  İqor Korotçenkoya təşəkkürümü bildirirəm. Gerçəkdən informasiya müharibəsi yeni fazaya keçib.  Məhz belə məqamda həm Rusiya, həm də digər əcnəbi media tribunalarında Azərbaycanı yüksək səviyyədə təmsil etmək üçün gənc politoloqların formalaşmasında Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi ciddi addımlar atmalıdır. Məgər Rusiyada yaşayan azərbaycanlıların hamısı biznes sahəsində çalışIr?  Xeyr.  Adı çəkilən ölkədə yaşayan intellektual mülkiyyət sahibi olan soydaşlarımızın niyə axı  intellektindən istifadə olunmasın?”