Cahangir Əsgərovun kürəkəni ABŞ-da “Qazelli” adında villasını turistlərə kirayə verir

“AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (və ya Mila) Əsgərovanın uzaq Amerikanın qərbindəki Los-Ancelos şəhərindəki Hollywood Hills deyilən ərazisində “Qazelli” adında villası var”.

TEREF yazır ki, bunu müdtəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk profilində yazıb. Daha sonra o yazır:
“Günü 626 dollardan turistlərə kirayə verilir. Təpələr və ağaclarla əhatələnmiş villa 1940-cı illərdə tikilib, Tuxedo Ter, Los Angeles, CA 90068 ünvanında yerləşir. 2007-ci ildə 1 milyon 190 min dollara alınıb, hazırkı qiyməti 2 milyon 353 min dollardır.
Villanı turist qonaqlama saytlarında Cahangir Əsgərovun ingilis kürəkəni Robert Norton müştərilərə təqdim olunur”.