Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələnlərin və gedənlərin sayı məlum olub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1847 nəfər gələn, Azərbaycandan isə 355 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1492 nəfər təşkil edib.