Güclü külək Sumqayıt-Bakı qatarlarının hərəkətində ləngimələr yaratdı


Hava şəraiti ilə əlaqədar Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində ləngimələr olub. 

Xəbər verir ki, 07:45-də Sumqayıtdan yola düşən qatar 08:25-də Bakı Dəmiryol Vağzalına çatmalı idi.

Yağış və külək səbəbindən qatar 14 dəqiqə gecikib.

Bu problem digər elektrik qatarlarının intervalına da təsir edib.

Samir İsayev

Source link