Şüyüd toxumu dəmləməsi iç və heç xəstələnmə!

Şüyüdün özü kimi toxumu da çox faydalıdır.

Sağlamolun.az şüyüd toxumundan hazırlaya biləcəyiniz təbii içkinin reseptini təqdim edir:

Bir çaydana 0,5 litr qaynar su və bir xörək qaşığı şüyüd toxumu tökün.

Çaydanı dəsmal ilə sarın və 40 dəqiqə dəməyin.

Alınan içkini gündə ən azı 7 dəfə 3 qurtum qəbul edin.

Bu içkini mütləq yemək zamanı içmək lazımdır, ac qarına və ağır yeməkdən sonra içmək olmaz.

Müalicə kursu bir həftədir, sonra profilaktika məqsədilə dəmləməni periyodik olaraq hər ay 2-3 gün istehlak etmək olar.

Qeyd edək ki, bu dəmləmə yüksək qan təzyiqini normallaşdıracaq, qəbizlik, mədə və sidik kisəsində olan ağrıları keçirəcək.