ABŞ-də təyyarə qəzası: Ölənlər var – FOTO

ABŞ-nin Virciniya ştatında təyyarə qəzası nəticəsində dörd nəfər ölüb.

Məlumata görə, təyyarə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 23:00-da red.) Bat qraflığında İnqalls Fild hava limanının uçuş-enmə zolağının yaxınlığında qəzaya uğrayıb.

Hava limanı qəzada dörd nəfərin öldüyünü təsdiqləsə də, sağ qalanların olub-olmaması barədə əlavə məlumat verməyib.

Hadisə yerinə yerli fövqəladə hallar xidmətinin əməkdaşları gəliblər. Əyalət polisi və yanğından mühafizə xidməti hava limanında işləyir.

Qəzanın səbəbi məlum deyil. Hadisə Federal Aviasiya Administrasiyası və Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi tərəfindən araşdırılır.

Mənbə: iz.ru

Mənbə