Qara Brilliant klubunun yetirməsi Karate üzrə 28-ci ölkə birinciliyinin çempionu olub
Dekabrın 1-3-də Karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və para karateçilər arasında 31-ci ölkə çempionatının açılış mərasimi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutan tədbirdə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, vitse-prezidentlər Füzuli Musayev, Rəhman Hətəmov və qurumun İdarə Heyətinin digər üzvləri iştirak ediblər.
Mərasimin əvvəlində çempionatda iştirak edəcək komandaların paradı baş tutub. Ardınca rəsmi çıxışlar olub. Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra yarışlara start verilib. Qeyd edək ki, çenpionatda Rəfael Ağayevin Qara Brilliant klubunun idmançıları da çıxış ediblər. Klubun idmançılarını baş məşqçi Pərviz Quliyev müşaiyət edib. Klubun yetirmələrindən olan Nuray İbadova bütün rəqiblərinə qalib gələrək I yeri qazanıb.