Türk Ağsaqqalları Birliyi – TAİB üzvləri Xocalı abidəsini ziyarət ediblər – Fotolar

Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in üzvləri Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar olaraq Xocalı abidəsini ziyarət ediblər.
Ziyarətə TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, Təşkilatın İdarə Heyətinin üzvləri, eləcə də Qadınlar Şurası, Gənclər Təşkilatının təmsilçiləri və media nümayəndələri qatılıblar.
TAİB təmsilçiləri Soyqırım qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad edib, abidənin önünə əklil və gül dəstələri qoyublar.
TAİB sədri Sudeif İmamverdiyev mətbuata açıqlamasında bildirib ki, Xocalı faciəsindən 31 il keçməsinə baxmayaraq, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi faciəni heç vaxt unutmayacaqlar:
“Xocalı faciəsi” cinayətkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan Respublikasının prezidenti, müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi və güclü siyasəti ilə “Xocalı Soyqırımı” dünya ictimaiyyətinə çatdırılıb.
Biz vətəndaş cəmiyyəti olaraq daim dövlətimizin yanındayıq. Ali Baş komandan 44 Günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən ordumuzla Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı və öz ərazi bütövlüyümüz bərpa olundu”.
TAİB-in Qadınlar Şurasının sədri Güllü Yoloğlu, həmçinin Gənclər Təşkilatının üzvü, qazi Qədir Quliyev də Xocalı faciəsinə dair fikirlərini bölüşüblər. Onlar müsahibələrində Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da bu ağır faciənin xalqımızı daha da mətinləşdirdiyini və gücləndirdiyini vurğulayıblar.
Qeyd edək ki, ziyarətdə TAİB Gənclər Təşkilatı ilə əməkaşlıq edən “Əbədi Birlik” Gənclər Təşkilatının fəalları da iştirak edib.
Azerbaycan’ın başkenti Bakü’de Türk Dünyası’na yönelik faaliyetlerini sürdüren Türk Aksakallılar Birliği (TAİB) üyeleri, Hocalı katliamının 31. yıl dönümü münasebetiyle Hocalı anıtını ziyaret etti. Ziyarete, TAİB Başkanı, YAP Akiller Meclisi Üyesi, Akademisyen Sudeif İmamverdiyev, Teşkilat Yönetim Kurulu üyelerinin yanı sıra Kadın Meclisi, Gençlik Teşkilat temsilcileri ve medya temsilcileri katıldı. TAİB temsilcileri, Soykırım kurbanlarının anısına saygı duruşunda bulundu, anıtın önüne çelenk ve çiçek bıraktı.

whatsapp-image-2023-02-26-at-16-18-14.jpeg

TAİB Başkanı Sudeif İmamverdiyev yaptığı basın açıklamasında, Hocalı faciasının üzerinden 31 yıl geçmesine rağmen Ermeni saldırganların Azerbaycan halkına karşı işledikleri soykırımı asla unutmayacaklarını söyledi. İmamverdiyev şöyle konuştu: “Hocalı soykırımı cani Ermeni milliyetçilerinin halkımıza karşı uyguladıkları soykırım ve etnik temizlik politikasının kanlı sayfasıdır. Hocalı Soykırımı, Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı muzaffer Başkomutan İlham Aliyev’in öncülüğünde ve güçlü politikasıyla dünya kamuoyuna anlatılmıştır. Sivil toplum olarak devletimizin her zaman yanındayız. Başkomutan İlham Aliyev 44 Gün Zafer Savaşı’nda misilsiz yiğitlik örnekleri sergileyen ordumuzla Hocalı soyırıkımı şehit düşenlerin intikamını almış, şehitlerimizin kanı yerde kalmamış, toprak bütünlüğümüz yeniden tesis edilmiştir”

whatsapp-image-2023-02-26-at-16-18-13-1.jpeg

TAİB Kadın Meclisi Başkanı Güllü Yoloğlu ve Gençlik Teşkilatı üyesi Zafer savaşının gazisi Gadir Guliyev de Hocalı soykırımına ilişkin görüşlerini paylaştıkları açıklamalarında, düşmanın Hocalı soykırımını yapmaktaki amacının Azerbaycan topraklarını zorla ele geçirmek olmasına rağmen bu vahim trajedinin halkı daha da güçlendirdiğini vurguladılar. Ziyarete TAİB Gençlik Derneği ile işbirliği yapan “Ebedi Vahdet” Gençlik Teşkilatı aktivistleri de katıldı.