Azərbaycan Bütövlük Platforması Xocalı soyqırımını qeyd etdi

Xocalı soyqırımının 31 – ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirdi.
Tədbir bütün şəhidlərimizin ruhuna sayğı duruşu və dövlət himninin səslənməsi ilə başladı.
Giriş sözü ilə danışan ABP sədri Bəhram İsmayıl Xocalı soyqırımındakı itkilərimizi və soyqırım haqqında düşüncələrini qısaca açıqlayaraq, məruzə üçün sözü “Pressklub”un aparıcısı Kamran Həsənliyə verdi.
Geniş məruzə ilə çıxış edən Kamran Həsənli Xocalı soyqırımını daha çox hərbi faciə kimi səciyyələndirdi.
Kamran Həsənli baş verən soyqırımda Rusiyanın rolunu xüsusi olaraq qeyd etdi və bu soyqırımdan içimizə qapanmayaraq, ciddi nəticələr çıxarılmalı oldugunun vacibliyuni vurğuladı.
Növbəti məruzə ilə “Xocalı İctimai Birliyi”nin sədri Səriyyə Müslümqızı çıxış etdi.
Səriyyə Müslümqızı Xocalı soyqırımında Rusiyanın, xüsusən 366 – cı alayının 51 zabit-gizirinin rolundan danışdı.
Hadisələrin birbaşa iştirakçısı olan Səriyyə xanım baş verən soyqırımın detallarını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Növbəti məruzə üçün söz ” Türküstan” saytının baş redaktoru Aqil Camala verildi.
Özündən əvvəlki məruzələrə münasibət bildirən Aqil Camal baş verən soyqırımda erməni faktorunun kiçildilməsinin zərərli olduğunu vurğuladı və Xocalı soyqırımını erməniliyə qarşı ideoloji savaşda çox ciddi faktor adlandırdı.
İstər Türkiyəyə, istər Azərbaycana qarşı zaman- zaman yersiz və haqsız idialarda bulunan ermənilərin rusların arxasında gizləndiyini vurğuladı.
Çıxış üçün söz alan AXP sədri Pənah Hüseyn Xocalı soyqırımına həsr olunan dövlət tədbirlərinin hətda 44 günlük savaşdan sonra da Bakıda keçirilməsindən təəssüfünü bildirdi və bu tədbirlərin artıq Xocalıda keçirilməsinin vacibliyini vurğuladı.
P.Hüseyn Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı qanun qəbul etməli olduğunun zəruriyilini vurğuladı.
Sonra çıxış edən DDP sədri Əli Mustafa, Milli İstiqlal Partiyasından Vidadi Bəşirov, tarixçi-alim, ABP İH – nin üzvü Gülşən Məmmədoğlu, TQTK sədri İbrahim Xəlil Balayoğulları bəy və başqaları Xocalı soyqırımı və çıxarmalı olduğumuz nəticələr haqda danışdılar.
Sonda ABP adından bir sıra təkliflərin hazırlanıb hökümətə təklif edilməsi ilə bağlı qərar verildi.