Qazax rayonunda “Müzəffər ordunun qalib igidləri” kitabının təqdimatı keçirilib

Noyabr ayının 19-da Qazax rayonunun Ədəbiyyat Muzeyində Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Jurnalistlər Ekstremal Şəraidə”  İctimai Birliyinin 44 günlük Vətən müharibəsi şəhidlərinin  xatirəsinə hazırladığı  “Müzəffər ordunun qalib igidləri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi  bir dəqiqəlik sükiutla yad edilib.

İcra  hakimiyyəti aparatınfa Hüquq şöbəsinin müdiri  Ülviyyə Orucova tədbiri giriş sözü ilə açaraq şəhid ailələri və iştirakçılarını salamlayaraq səmimi ürək sözlərini çatdıraraq qəhrəman şəhidlərin ömür yolunu gələcək nəsillərə,  gənclərə  tanıtmağın, xatirələrini əbədi tutmağın hər bir azərbaycanlının vətəndaş borcu olduğun bildirib. Bu gün təqdimatı keçirilən “ Müzəffər ordunu qalib igidləri” kitabının bu istiqamətdə atılan nümunəvi addımlardan biri kimi qeyd edərək müəllifə, layihənin təkitaçılarına, kitabın ərsəyə gəlməsinə maddi və mənəvi dəstək göstərən Azərbaycan Pespublikası Qeryri-hökumət Təşkilatlarına dövlət dəstəyi agentliyinə təşəkkürünü bildirib.

Sonra kitabın müəllifi filoloq, şair, yazışı-jurnalist “Jurnalistlər Ekstremal Şəraitdə”  İzctimai Birliyinin sədri Firuzə Bəyməmməd qızı Əsədullayeva məlumat verərək kitabda şəhidlərin ailə üzvlərinin,  doğmalarının, döyüş yoldaşlarının söylədikləri xatirələri, ürək sözləri ilə igid Vətən oğullarınin qəhrəmanlığını cəsurluğunu, döyüş meydanında göstərdikləri şücaəti oxuculara çatdırdığını, qələmə alınan hər kəlmədə şəhidlərin vətənpərvərliyininn əks olunduğunu qeyd edib.

Daha sonra o, Qazaxdan olan qəhrəman oğulların  oğullar haqqında xatirələrin yazılmasında, eyni zamand atəqdimat mərasiminin təşkil olunmasında göstərdiyi dəstəyə, şəhid ailələrinə verdiyi dəyərə görə Qazax İcra Hakimiyyətinin başçısı  Rəcəb Babaşova., kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.

Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət incəsənət xadimi Barat Vüsal, ölümündən sonra bir orden və 5 medalla təltif edilmiş şəhid-həkim, tibb xidməti leytenantı  Adil Əfəndiyevin atası qədir Əfəndiyev, şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni və 5  medalla təltif olunmuş, şəhid-gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva və digərləri çıxış edərək övladları haqqında xatirələrini bölüşdürüblər.

“İgid oğullarımıza, qayaları ayaqyalın dırmaşan,öz igidlikləri ilə dünya dövlətlərinin güclü ordularını heyrətə salan şəhidlərimizə minnətdarıq ki. Azərbaycan onların sayəsində Vətən müharibəsində hərb tariximizə qızıl hərflərlə yazılacaq şanlı Qələbə qazandı. Belə oğulları olan Vətən, əlbəttə ki,heç vaxt basıla bilməzdi”  -söyləyən tədbir iştirakçıları şəhidlərlə qürur duyduqlarını bildiriblər.