Qax rayonunda Şəhid Hacıyev Hacı Rafiq oğlunun ikinci ildönümündə Şəhid Anaları və Şəhid Əzizləri ilə birlikdə iştirak etdik.

17 noyabr 2022-ci il tarixində 25 sentyabr 1999-cu ildə Qax rayonunun Çüdülü kəndində anadan olmuş Şəhid Hacıyev Hacı Rafiq oğlunun ikinci ildönümündə Şəhid Anaları və Şəhid Əzizləri ilə birlikdə iştirak etdik.Şəhid Hacıyev Hacı 7 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində gedən döyüşlərdə Ən uca məqam olan Şəhidlik zirvəsinə ucalıb.Şəhidimizin ikinci ildönümündə Qax Rayon İcra Hakimiyyətinin Başçısı Musa Şəkiliyev,İcra hakimiyyətinin humanitar və ictimai-siyasi şöbəsinin müdiri Vəfa Heydərova,icra hakimiyyətinin şəhidlərlə iş şöbəsinin müdiri Malik Həmzəyev,”Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Sədri Dünyaxanım Əliyeva,müavini Səriyyə Vəlizadə də iştirak etdilər.Qax rayon məktəblərinin və Çüdülü kənd məktəbinin şagirdləri maraqlı kompozisiya ilə çıxış etdilər.Məkanın cənnət olsun,Şəhidim!

Şəhidlər ölməz Vətən bölünməz!

Dunyaxeber.org