Narkomaniyaya YOX deyək, gələcəyimizi qoruyaq!

Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik. Vətən” və “vətənpərvərlik” kimi müqəddəs anlayışların mənasını yeniyetmə və gənclərə aşılamaq Gənc Vətənpəərvərlər İctimai Birliyin öhdəsinə düşür.
Gənclərə Vətəni sevmək, Vətənə bağlılıq, fiziki-mənəvi,psixoloji hazırlıq ,vətənpərvərlik və milli qürur hissinin aşılanmasına təşkilat sədr olaraq səy göstərirəm.
Vətən məhəbbəti, Vətəni sevmək ən ülvi hissdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir.
Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır.Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Bunların yerinə yetirilməsində əsas vasitələrdən biri təlim-tərbiyə prosesidir. QHT-n Dövlət Dəstəyi Agentliyin , Gənclər Fondun ,ARGTMŞ-n və Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə birlik tərəfindən icra olunan layihə çərçivəsində təlim və semnarlarda milli atributların, fiziki-mənəvi psixoloji hazırlıq, milli-hərbi vətənpərvərlik ruhunda tərbiyə ,narkomaniya ,QİÇS-İİV sahələrində maarifləndirmə tədbirləri həyata keçirir.
Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yaşadılır. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu “Dədə Qorqud”da böyük məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Oğuz igidləri “Vətən haqqı ana haqqıdır” – kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyurlar.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi Gəncəni özünə qızıl boyunbağı saydığına görə heç yerə getməmiş və təsadüfi deyildir ki, Vətən məhəbbəti, yurd sevgisi onu öz doğulduğu məkandan ayrılmağa qoymamışdır.
Vətən doğma evin kandarından başlanır. Hər bir kursant başa düşür ki, onun yaşadığı və təhsil aldığı yer Vətənin bir parçasıdır. Vətəni qorumaq hamımızın borcudur.
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.
Torpaq-uğrunda ölən varsa, Vətəndir!
Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Səməd Vurğunun bir kəlamını xatırlayaq: “Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar…”
“Öncə Vətən, ikinci xalq, sonra mən” kəlamı hamımızın həyat amalıdır.
Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq. Ünlü şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu misralarda ifadə olunan fikir hər birimizin qəlbinə və düşüncəsinə hakim kəsilib.
Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir.
Müasir dövrümüzdə Vətənin müdafiəsinə hər an hazır olmaq üçün ,Vətənimizin gələcəyi Hərbi Akademiyalarda , liseydə təhsil alan, hərbi anda sadiq olan gənc kursantlarımızın düşüncə tərzi, intellektual səviyyəsi, milli ruhda tərbiyə alması kimi vacib amillərdən də asılıdır.
Atalar sözlərimizdə də Vətən haqqında çox ibrətamiz fikirlər var: “Gözsüz yaşamaq olar, Vətənsiz yox”, “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, “Vətənə gəldim, imana gəldim”, “Yad ocağın alovundan Vətən ocağının tüstüsü gözəldir”, “Hər quşa öz yuvası şirin olduğu kimi, hər insana da öz Vətəni şirindir”, “Vətən viranə də olsa, cənnətdir”, “Vətən elin evi, dayağıdır”.
O insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun.
Səbirsizliklə xalqın gözlədiyi noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı
Bəli, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd, yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Hamısıah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.
Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Sözüz ki, Vətən müharibəsində qazandığımız qələbə ədliyyə işçiləri üçün də böyük qürurdur, fəxrdir. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi.
GVİB Sədri,Azərbaycan fəxri bədən tərbiyəsi və idman işcisi
Müqamət Əliyev(Muğan)