Bu günlərdə AYB – nin Natəvan klubunda şeirləri mahnılara çevrilərək dillər əzbərinə çevrilmiş şair Şərafət Dağıstanlının yaradicilığına həsr olunmuş tədbir keçirilmişdir.
Vətənpərvər ziyalıların iştirakı ilə kecirilmiş tədbiri ” Həkəri” qəzetinin baş redaktoru , şair – publisist Rauf İlyasoğlu açaraq mərasim iştirakçılarını salamladı və vətənimizin azadlığı uğrunda və ərazi bütövlüyümüzü qoruyarkən şəhid olmuş cəmi soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
” Dünya xəbər” saytının müxbiri şair Leyla Mətin 1950- ci illərdən mətbuatda şeirləri çap olunan və xalqımızın nəğməkar , sevimli şairəsi Şərafət Dağıstanıının tərcümeyi halı haqqında qısa məlumat vermişdir.
” Həkəri” qəzeti redaksiyasının fəxri üzvü,professor,yazıçı Ziyatxan Nəbibəyli Şərafət Dagistanlı yaradıcılığından və insani keyfiyyətlərindən söhbət acmişdır.
Bəstəkar Fərhad Hüseynov bildirmişdir ki, Şərafət Dağıstanlını mənimlə Şölə xanım taniş etmişdi, Onun” Bakı Təbriz qatarı” şeirinə mahnı bəstələmişəm. Bu gün də bu mahnı sevilə sevilə oxunur.
Şərafət Dağıstanlının sevimli qızı Günay xanım həmin həzin mahnını YouTube kanalından taparam səsləndirdilər.
Tədbirin aparıcısı Türkiyədə beynəlxalq festivalda birlikdə iştirak edərək uğurlar qazanmiş
Azərbaycan İraq Mədəni Əlaqələr içtimai birliyinin sədri,Dünya sülh səfiri Tahirə Məmmədovaya sözü verdi .
Tahirə xanım demişdir; Şərafət Dagıstanlını mənimlə taniş edən təşkilatımızın həm də mətbuat xidməti rəhbəri Rauf İlyasoglu olmuşdur . Hər dəfə nəşriyyata gələrkən Şərafət xanım bizim də ofisimizə gələr, mehriban söhbətlər edərdik. Bir gün Şərafət xanım mənə bir qəzet təqdim etdi . Qəzetdə mənə bir poema həsr etmişdi. Əslən Şuşadan olduğun üçün bu gün çox qürur duyuram ki, Şuşa və ətraf rayonlarımız Ali Bas komandanımızın sərkərdəlik bacarığı diplomatik çıxışları sayəsində, ordumuzun gücü, qüdrəti, şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına işğaldan azad olunmuşdur Şərafət Dagistanlınin yazdığı
” Bağban,məni yaralama* şeiri bu gün də görkəmli müğənnilərimizin repertuarından düşmür.
Pondemiya dövründə çox insanları itirdik, Üç il xəstə yatan Şərafət xanımı ln bir neçə dəfə evlərinə getdim . Bu gün də onu bu gül buketi ilə təbrik edir və bu gözəl libası ona hədiyyə etməklə bildirirəm ki, tezliklə Şuşaya gedərkən siz bu gözəl paltarı geyinib birlikdə o gözəl məkanı ziyarət edərik.
Quba xanının kötücəsi, xeyriyyəçi, şəhid bacısı Almaz xanım Şərafət Dagıstanlını ürəkdən təbrik etdi və bildirdi ki, Şərafat xanım istedadlı şair olmaqla yanaşı qəlbi kövrək vətənpərvər ziyalilarimızdandır.
” Bağban,məni yaralama” kitabında bizim soykökümüz haqqında da yazı yazmiş və mənə də poema həsr etmişdir Almaz xanım Şərafət Dagıstanlını hədiyyə ilə təbrik etdi.
Dünya, ana və uşaq içtimai birliyinin sədri,
” Dünya xəbər ” portalının rəhbəri Dünyaxanım Əliyeva növbəti tədbirlərinə Şərafət Dagistanlınin şeirlərinə bəstələnmiş mahniların müğənnilər tərəfindən canlı səsləndirilməsinin vacibliyini vurgulamişdir.
Şərafət Dağıstanlının 100 dən çox şeirlərinə mahnılar bəstələnmişdır.
” Bağban, məni yaralama”, “Zəminə” ” Bakı Təbriz qatarı, ” Sən sən” və digər mahnıları mügənnilərimiz oxuyaraq fəxri adlar, şöhrət ordenləri alsalar da Şərafət Dagıstanlı nədənsə yada duşməmiş və bu gün də kirayədə yaşayan sevimli sənətkarimıza dövlətimiz,xüsusilə Mədəniyyət Nazirliyi diqqət ayırmalidır.
50 min bənd şeir yazmış, şeirləri dillər əzbərinə cevrilmiş 1950- ci illərdən yazıb yaratmış görkəmli şair, yazıçı və sənətkarlarla pambıq, üzüm tarlalarıbda ,kənd əməkciləri qarşısında dəfələrlə şeirlər soyləmiş 84 yaşli bir qələm sahibinin Natəvan klubunda kecirilmiş bu günki tədbirində təəssüflər olsun ki,Yazıçılar birliyinin statlı işçilərindən bir nəfər də iştirak etməməsi AYB – nin vətəndaş şairinə verdiyi qiymətin bariz nümunəsidir.
Vokal səsə malik müğənni Elxan müəllim unudulmaz sənətkarımız Rəşid Behbudovun repertuarından bir mahnını xüsusi zövqlə ifa etmişdir
Vətənpərvər şair, müharibə veteranı yüzlərlə teleseriallara cəkilmiş Gülnigar Rəhimli , xeyriyyəci Sara xanım Aşurbəyli nəsli haqqında dəyərli kitab müəllifi, komsomol, partiya işində məsul vəzifələrlə ləyaqətlə isləmiş Zemfira Məmmədova , AzTv – nin rejissoru, müğənni Tahir Salmanov, yazıçı- jurnalist, fotoqraf Bayram Afurcali, uzun illər insanların sağlamlığı keşiyində dayanmış həkim Zeynəb xanım vətənpərvər ruhlu çıxış etdilər
Həm Azərbaycan ,həm də Türk vətəndaşı olan 20 ildən çoxdur ki, Bakını canı qədər sevən dəyərli kitablar yazmış , vaxtilə Heydər Əliyev düşüncə mərkəzinin təsisçilərindən biri , dəfələrlə cəbhə bölgələrində hərbi hissələrdə əsgər və zabitlər qarşısında birlikdə çıxış etdiyimiz o günləri xatırladan aparıcı sözü Fesih Aliogluna verdi.
Fesih Alıoğlu əməyinə verilən dəyərə görə təşəkkür etdi və Şərafət Dagistanliya can sağlığı arzuladı.
” Şərur Yallısı”nı bütün dünyada təbliğ edən görkəmli sənətkarımız Kamal Babayev Şərafət Dagistanlının şeirlərinə bəstələnmiş mahnıların dillər əzbərinə çevrildiyini bildirdi və nəğməkar şairimizə can sağlığı arzuladı,
Şairlərdən Sədaqət Şıxlı, Gilə Dərya , bədii qiraətçi ( dahi şəxsiyyət Heydər Əliyevin ” Bahar qızı ” adlandırdığı ) İlahə xanım şeirlər söylədilər.
Şərafət Dagistanlının qızı Günay xanım anasına göstərilən sonsuz qayğıya görə tədbir iştirakçılarına təşəkkür etmişdir.
Sədaqət Şıxlının təşəbbüsü ilə” Şərafət xanımın ” Sən sən” şeirinə bəstələnmiş mahnını canlı oxudu və məclisdə xoş ovqat yaratdı.
Sonra Şərafət Dagıstanlı isti havada vaxt ayıraraq tədbirdə axıra qədər iştirak edən ziyalılara təşəkkürünü bildirdi,
” Bağban, məni yaralama” kitabını dostlara hədiyyə etdi , Yubilyara birlikdə xatirə şəkili çəkildi.
Rauf İlyasoğlu