Şəhid ailələrinin iştirakı ilə Ağdamın işğaldan azad olunmuş torpaqlarına səfər olundu

Dünyaxeber.org-a Zaqatala rayon şöbəsindən verilən, məlumata görə 07 iyun 2022ci il tarixdə Zaqatala rayon Şəhid ailələrinin iştirakı ilə Ağdamın işğaldan azad olunmuş torpaqlarına səfər olundu .Ağdamın işğaldan azad olunmuş kəndlərində erməni mənfurlarìnın dağıtdıqları abidələrdə ,Ağdam cuma məsçidi və Şəhidlər xiyabanı ziyarət olundu.Şəhidlər xiyabanında məzarlarımız qazılmış ,ölülər üzərində vəhşiliklər törədilmişdir.Sonra isə Şahbulaq qalası da ziyarət edilib .Deyilənə görə həmin qalanı ona görə dağıtmayıblar ki,ermənilər ora məktəb şagirdlərini gətirir və özlərinin olduğunu iddia edirlərmiş. .Qala hər iki tərəfdən ermənilərin işğalı altında imiş.44 günlük müharibədə Ali baş Komandamızın siyasəti və ordumuzun gücü xalqımızın birliyi sayəsində Qala düşməndən azad edildi.Şəhid ailələri içərisində 1 ci Qarabağ müharibəsində Ağdam rayonu uğrunda gedən döyüşlərdə itkin düşən oğullarımızın anaları da vardı .Hələ də ümidlə oğullarının yolunu gözlədiklərini bildirdilər.
Şəhid ailələrinin hər biri Ağdam rayon 152 nömrəli məktəbin direktoru Mirzəyev Əkrəm müəllimə və Şəhid anası Əzizə anaya Ağdamda işğaldan azad olunmuş torpaqları görməyi nəsib etdiklərinə görə təşəkkür etdilər.

Dünyaxeber.org Xanım Nurullayeva