Bakıda məşhur restoranda dava: Türkiyə vətəndaşı döyüldü


Bakıda yerləşən restoranlardan birində işçilər arasında dava olub. 

Hadisə “Ada” restoranında baş verib.

Şirkətin administratoru, Türkiyə vətəndaşı Hüseyn Ömər Ocaqtad ilə barmen Təbriz Mazanov arasında mübahisə baş verib.

Nəticədə H.Ömər xəstəxanalıq olub.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Source link