Türk Dünyasının Əməkdaşlığına dəstək Koalisiyası yarandi

“Türk Dünyasının Əməkdaşlığına Dəstək “Koalisiyası Türksoylu Xalqlar arasında qarşılıqlı mədəni əlaqələrin qurulması,Türk Dünyasının maddi-mənəvi dəyərlərinin qorunması,yaşadılmasına,nəsildən nəslə ötürülməsinə dəstək verən,bu ideya ətrafında birləşən İctimai Birliklərin təsis iclasi kecirildi.Təsis iclasında gündəlikdəki məsələlər üzvlərinə açıq elan olundu.Təsis iclasında təşkilat komitəsinin yaradılması təklif olundu. İlk söz  “D. Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti” İ.B. Birliyin sədri Novella Cəfərovaya verildi. O, Azərbaycanla Türk Dunyası əlaqələrini,Türksoylu xalqlar, dövlətlər arasında  qardaşlığa,dostluğa söykənən əlaqələr,diplomatik münasibətlər, ağır günlərində
biri-birinə dəstək  olmalarını,xüsusilə Türkiyə-Azərbaycan əlaqələrinin ,dünya üçün bir nümünə olduğunu göstərdi.Sonra “Turan” -Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək İ.B. Birliyin sədri Zərnişan İnqilab qızı Azayevaya söz verildi: Türk Dünyasında Azərbaycanın yeri, Türk toplumlarının Ortaq Ümumtürk Mədəniyyətinə bəxş etdiyi dəyərlər,bu maddi- mənəvi dəyərlərin qorunub yaşadılması, dünyaya daha yaxından tanıdılması,bir növ Türk Kimliyinin nəsildən-nəsilə ləyaqətlə ötürülməsi,gələcəyimizin əmin əllərdə olması deməkdir,düşünürəm ki,Koalisiyamızın-yeni birliyimizin bu işdə böyük xidmətləri olacaqdır.İctimai Birlik sədrlərindən Firuzə Bəyməmməd qızı Əsədullayeva,Dünyaxanım Yunus qızı Əliyeva Türk ellərinin məşhur “Ana Yurd”şərqisini yada salaraq -ulularımızın söylədiyi: qazax, qırğız, uyğur, tatar, azər, anadolu, özbək,türkmən,qaqauz, xakas, başqırd, çuvaş, noqay, kumık, kaşğay- Hamı bir soydur nidasına biz də öz töhvələrimizi təqdim edə biləcəyik.Hafiz Firidun oğlu Əzəmmətov, Seymur Firidun oğlu Əzəmmətov bildirdilər ki, bu gün sələflərimizin müqəddəs xatirələrini yad etməklə,ulularımızın”Dildə,fikirdə,işdə birlik”ideyası ilə,”Türk Dünyasının Əməkdaşlığına dəstək”
Koalisiyası”nın yarandığını elan edirik.

D. Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti

İ.B.  Birliyin sədri Novella Cəfərova

“Turan” -Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək İ.B

Birliyin sədri Zərnişan İnqilab qızı Azayeva

“ İslam Dövlətləri ilə mədəni əlaqələrin inkişafı” İ.B.

Birliyin sədri  Gülnarə Cəfər qızı Qədirova

“Jurnalistlərin İqtisadi araşdırılmasının təhlili” İ.B

Birliyin sədri Seymur Firidun oğlu Əzəmmətov

“Dünya” Ana və Uşaqlar İ.B

Birliyin sədri Dünyaxanım Yunus qızı Əliyeva

“Jurnalistlər Ekstremal Şəraitdə” İ.B

Birliyin sədri  Firuzə Bəyməmməd qızı Əsədullayeva

“Qadın Dünyası” İ.B.

Birliyin sədri Kifayət Niftəliyeva

“Azərbaycan Gənc Marketoloq və Reklamçılar” İ.B
Birliyin sədri  Hafiz Firidun oğlu Əzəmmətov

“Ziyalı Ocağı” İ.B. İlahə Əliyeva

“Qəbələ Sağlam Mühiti”   İ.B

Birliyin sədri Mehriban Tahir qızı Nəsibova

“Sosial İnkişafda Yeni Mərhələ” İ.B

Birliyin sədri Firəngiz Əşrəf qızı Hüseynova

“Elin Səsi” Milli Mənəvi Dəyərlərinin Qorunması  İ.B

Birliyin sədri  Elvin Talışınski

“Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək” İ.B.

Birliyin sədri Taleh Əliyev