ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq – Erməni nazir açıqladı

 

Rusiya kanalları Ermənistanda bloklanacaq.

Bu barədə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Ayrapetyan rəsmi açıqlama verib.

O belə bir qərarın verilə biləcəyinin səbəbini Rusiya kanallarında Ermənistana yönəlik davamlı mənfi kontentin yer alması ilə əsaslandırıb.
“Biz izləyicilərimizin öz yayım platformamız vasitəsilə təhqir olunmasına icazə verməyəcəyik” – Ayrapetyan əlavə edib.