Hər bir regionun inkişafı, əhalinin dinc yaşaması üçün davamlı sabitlik zəruridir. Yetərincə həssas bölgə olan Cənubi Qafqazda bu gün sülhün bərqərar olması region ölkələrinin hər biri üçün əhəmiyyətlidir.
Amma müşahidələr göstərir ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında keçiriləcək görüş sülh prosesinə təkan vermək əvəzinə əngəllər yaradacaq. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının davam etdiyi hazırkı məqamda belə görüşlər baş nazır N. Paşinyanın müqavimətini gücləndirmək məqsədi daşıyır.

Ehtimal olunur ki, Qərbin, ABŞ-ın Ermənistan vasitəsilə Rusiya planları var. Həmin qüvvələrin Rusiya ilə nə haqq-hesabı, hansı çəkişmələri var. Bu onların öz işidir.
Böyük oyunçuların böyük oyunlarında iştirak etmək Ermənistana və ümumilikdə regiona təhlükələr vəd edir. Situativ siyasət həyata keçirən, illüziyalara qapılan baş nazır N. Paşinyan öz ölkəsini alətə çevirib. Bu da Cənubi Qafqazda uzunmüddətli sabitliyə xidmət etmir. Reallıq onu göstərir ki, silahlanma, Paşinyanın belə davranışları əksinə müharibə riskini xeyli artırıb.
Artıq dəfələrlə sübut olunub ki, iki ölkə sərhəddində keçirilmiş Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında vasitəçiyə ehtiyac yoxdur. Görünür, Qərbin təhriki ilə Paşınyan görüşləri Avropa paytaxtlarında davam etdirməklə, sülh danışıqlarını uzatmaqla özünə təhlükəsizlik çətiri yaratmaq istəyir. Bütün bu proseslər onu deməyə əsas verir ki, Rusiyanın qəzəbinə düçar olan zavallı Paşınyan ya baş nazir kreslosundan, ya da öz başından olacaq.

Əkrəm Bəydəmirli