Gənc Vətənpərvərlər İctimai Birliyi Aprel müharibəsi və Dördgünlük müharibə mövzusunda tədbir keçirib

Tədbir ,əvvəlcə Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin bu tədbiri gənclər arasında Aprel və İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlmişdi
GVİB-nin Sedri,İctimai xadim Müqamət Əliyev geniş ətraflı məlumat verərək qeyd etdi ki,Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Peşakar Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir.
Onu da qeyd edən M.Əliyev bildirdi ki,Vətəni layiqincə qorumaq və yaşatmaq bu gün bizlər üçün əhəmiyyətli bir vəzifədir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”
Vətənpərvər olmayan gənclik cəmiyyətin idarə olunmasında heç bir rol oynaya bilməz.
Bu baxımdan regionlarda gənclər və yeniyetmələr arasında bu mövzuda təbliğat xarakterli maarifləndirmə işləri davam etdirlməlidir”
Aprel döyşlərinin əfsanəsi Qarabağ qazisi Asif Rəsulov geniş ətraflı cıxış edərək qeyd etdi ki, günü ən aktual mövzusu hərbi vətənpərvərlik tərbiyəsinin gənclər arasında təbliğ olunmasıilə yanaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda iştirak edən qazi və şəhidlərin, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının təbliğ olunmasından ibarət olmalıdır.
Tədbirdə, Qarabağ qaziləir ,GVİB-n İdarə Heyəti və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və könüllülər iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd Aprel və 2–ci Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma ilə yanaşı, həmçinin qazi və qəhrəmanlarının gənclər arasında mütamadi təbliğ olunmasıdır .
GVİB-n KİV İş Şöbəsi