Şahin Məmmədov seçkilərdə inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Şimali Osetiya-Alaniya Respublikasındak soyadaşlarımız Prezident İlham Əliyevi 7 fevral seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik ediblər.

Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov və Konqresin sədri Murtaza Gülməmmədov adından Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda bildirilib: “Tarixi Vətənimiz Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində inamlı qələbəniz münasibətilə “Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresi”nin ən səmimi təbriklərini qəbul edin.

Səsvermənin nəticələri Sizin, Vətənimiz Azərbaycan Respublikası vətəndaşlarının, ölkənin davamlı sosial-iqtisadi inkişafına və dövlət səviyyəsində nüfuzunun beynəlxalq arenada gücləndirilməsinə yönəlmiş praqmatik siyasətə etimadınızın və geniş dəstəyinizin bariz sübutudur.

Möhtərəm İlham Heydər oğlu, Sizin rəhbərliyinizlə Vətənimiz Azərbaycan Respublikası çətin dövlətçiliyin möhkəmləndirilməsi yolu keçmiş, dövlətimizin ərazi bütövlüyünü müdafiə edərək ilkin tarixi torpaqlarını geri qaytarmışdır.

Sizin bir Prezident kimi Vətənimiz Azərbaycan Respublikasının rifahı naminə quruculuq fəaliyyətiniz, tükənməz enerjiniz və əzmkarlığınız dünya azərbaycanlıları üçün yüksək vətəndaşlıq, fədakarlıq, xalqa fədakar xidmət, çətin sınaqlar qarşısında əyilməzlik nümunəsidir.

Bu gün cəmiyyətimiz həmişəkindən daha möhkəmdir və əsas həqiqət və ədalət anlayışlarına əsaslanan gücünü hiss edir.

Ali Baş Komandanı kimi Sizin tərəfinizdən formalaşdırılan və gücləndiririlən şanlı Vətənimiz Azərbaycan Respublikasının Silahlı Qüvvələri Cənubi Qafqazda güclü və döyüşə hazır hesab olunur.

Hörmətli İlham Heydər oğlu, Sizin əməyiniz və çoxşaxəli fəaliyyətiniz Vətənimiz, Azərbaycan Respublikasını güclü və müstəqil etmişdir, quruculuq siyasətiniz bütün dünyada geniş rəğbət qazanmışdır. Siz Vətənimizin dirçəlişinin, milli inkişafının səbəbkarısınız. Ona görə də bu gün biz əminik ki, Sizin müdrik rəhbərliyiniz altında Vətənimiz Azərbaycan Respublikasının böyük uğurlar qazanacağı şübhəsizdir.

Hörmətli İlham Heydər oğlu, Sizinlə fəxr edirik.

Siz bizim Prezidentimizsiniz!

Siz bütün dünya azərbaycanlılarının Prezidentisiniz”.

image-fcbb4386-dabd-43bf-ae84-93d642931232image-2832b98b-98b2-436a-8d58-ad0bf98fb86c