Moskvada “MiQ” zavodu yanır

Moskvanın Leninqrad prospektində yerləşən “MiQ” zavodunda yanğın baş verib.

Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, yanğın zavodun binasəının 2-ci və 3-cü mərtəbəsində başlayıb. Hazırda işçilərin təxliyyəsi aparılır.

İlkin məlumata görə, yanğın zavodun əsas korpusuna bitişik olan rekonstruksiya sexində başlayıb.

Yanğının səbəbləri məlum deyil.

Mənbə