“Fransa Avropa İttifaqı önündə hörmətsiz olub” – Millət Vəkili

 

“İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə əldə etməsi Fransanın bitərəf və qərəzli mövqeyinin daha da artmasına səbəb oldu. Fransa Ermənsistanı öz müstəmləkəsi kimi gördüyü üçün Azərbaycana qarşı əsassız qətnamələr qəbul edir, ədalətsiz mövqe sərgiləyir. Düşünürəm ki, Fransanın bu qərəzli addımları onu Avropa İttifaqının önündə hörmətsiz vəziyyətə qoyub. Azərbaycana qarşı söylənən bu sözlər bizim gücümüzə və reallıqlara təsir edə bilməsə də, Fransanı Avropa İttifaqının gözündən salır.  Bildiyimiz kimi, Avropa İttifaqı reallıqları və siyasi gündəmi yaxşı izləyir və Qafqazda Azərbaycanla tərəfdaşlıq etmək onlar üçün daha maraqlıdır. Fransa siyasətdə dibi gördüyü üçün hər vasitə ilə özünü gündəmə gətirməyə, özünün varlığını göstərməyə çalışır.  Fransa elə bilir ki, yenidən xarici siyasətdə söz sahibi ola bilər. Amma nəinki siyasətdə, həm də öz daxili siyasi vəziyyətində belə söz sahibi ola bilmir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynzadə deyib. O qeyd edib ki, Fransanın BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı irəli sürdüyü çoxsaylı qətnamə və qərar layihələrinin qəbul edilməməsi Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, eləcə də qərəzli təşəbbüslərin ədalətli qiymətləndirilməsi ilə bağlıdır:

“Eyni zamanda, müstəmləkəsi olduğu Ermənistan belə bataqlıqdan çıxmaq üçün yeganə yolun Azərbaycanın şərtləri ilə anlaşmalı olduğunu başa düşüb. Görünür, Fransanın və rəsmilərinin ağılsız adımları onları beynəlxalq aləmdə  gülünc göstərir. Azərbaycanın Fransanın qərəzli qətnaməsinə  qarşı bəyanatı gecikmədi. Azərbaycan Respublikasının bəyanatı Fransanın davamlı anti-Azərbaycan fəaliyyətinə cavabdır. Əgər Fransa düzgün, qərəzsiz  mövqe sərgiləməsə, biz də öz səlahiyyətlərimizdən istifadə edərək onlara qarşı sanksiya tətbiq edə bilərik. Bu sanksiyaların tətbiqi Fransanın heç işinə gəlmiyəcək. Belə olduğu halda, iqtisadi əlaqələr dayanacaq, Fransanın Azərbaycanda fəaliyət göstərdiyi böyük şirkətləri çıxarıla bilər. Fransa Azərbaycanı bu kimi addımlar atmağa məcbur etməsin, yoxsa Fransa Avropa İttifaqına daxil olan digər ölkələrin də qəzəbinə uğrayacaq”.