Vətən müharibəsi iştirakçısı Rusiyada vəhşicəsinə döyüldü: Müailəcəsi üçün dəstək lazımdır

Bərdə sakini, Salahov Tural Nadir oğlu redaksiyamıza müraciət edərək bildirir ki, Vətən müharibəsi iştirakçısı olan qardaşı Salahov Rəfat Nadir oğlu gecə saatlarında Rusiyanın Kovrov şəhərində vəhşicəsinə döyülüb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O ağır vəziyyətdə olan qardaşının müalicəsi üçün 20 min manat pulun lazım olduğunu deyib:

“Qardaşım Salahov Rəfat Nadir oğlu, 44 günlük Vətən Müharibəsinin Kəlbəcər istiqamətində gedən döyüşlərində iştirak etmişdir. “Müharibə veteranı” adı verilərək bir çox medallarla təltif olunmuşdur. Rafet Salahov 15 noyabr 2023 ci il tarixində, gecə saatlarında Rusiyanın Kovrov şəhərində vəhşicəsinə döyülüb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.  14 dekabr 2023-cü il tarixində Rəfatı Kovrov Mərkəzi Şəhər Xəstəxanasından Moskva Bərpaedici Müalicə Mərkəzinə, Moskva, Orşanskaya küç. 16-ya apardıq.

Hazırda müalicə davam edir. Rəfatın 30 günlük müalicə haqqı 982 950 rub. ( 18383 Azn ) edir. Yazıb sizdən xahiş edirik ki, Rəfatın müalicəsi üçün pul yığımında bizə kömək edəsiniz. Bir gəncin bu həyata gözlərini əbədi yummasına icazə verməyin”.

🚩Kapital bank:
🇦🇿 5239 1517 0779 9006

💳Tinkoff
🇷🇺 2200 7011 3229 3538