Serbiyada nələr baş verir: Gərginlik səngiyəcəkmi…

 
Xəbər verdiyimiz kimi, ötən gecə Serbiyada iğtişaşlar baş verib.
Hadisələrin səbəbi və xronoloji ardıcıllığını təqdim edir.
Bu ilin noyabr ayında Serbiya prezidenti Aleksandar Vuçiç yerli müxalifətin bütün səviyyələrdə hakimiyyətin dəyişdirilməsi tələbi ilə etirazları fonunda növbədənkənar parlament və yerli seçkilərin keçiriləcəyini elan edib. Dekabrın 17-də Serbiyada Milli Assambleyaya (parlament) növbədənkənar seçkilər keçirilib.
“Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” hakim koalisiyası səslərin əksəriyyətini qazanaraq parlamentdəki 250 yerdən 128-ni, “Serbiya zorakılığa qarşı” müxalifət bloku ikinci yeri tutaraq, mandatların yarısı qədər – 65 mandat alıb. Dekabrın 18-də “Serbiya Zorakılığa Qarşı” koalisiyası seçkinin nəticələri ilə razılaşmayan mitinqlərə başlayıb.
Dekabrın 24-də nümayişçilər şəhər administrasiyasının binasına daxil olmağa cəhd ediblər. Bayraq dirəklərindən istifadə edərək qapını və pəncərələri sındırıblar. Binanın içərisində olan polis əməkdaşları sınmış qapı və pəncərələri canlı sipərlə örtüb, gözyaşardıcı qazdan istifadə ediblər.
Gecə yarısı hüquq-mühafizə orqanları nümayişçiləri dağıdıb və inzibati binanı mühasirəyə alıb. İki polis əməkdaşı ağır yaralanıb, 35 nəfər saxlanılıb. Hadisə yerinə Serbiyanın daxili işlər naziri Bratislav Qasiç gəlib.
Dövlət başçısı Aleksandar Vuçiç etirazlar fonunda çıxış edib.
Onun fikrincə, administrasiya binasına basqın etmək cəhdi suverenliyi pozmağa yönəlib, lakin inqilab deyil. Prezident etirazlarda “xarici faktor”dan danışıb. O, “dəqiq nəyin hazırlandığını bildiklərini açıq şəkildə bəyan edən” xarici xüsusi xidmət orqanlarına təşəkkür edib.
Serbiyanın baş naziri Ana Brnabiç yaxınlaşan iğtişaşlarla bağlı xəbərdarlıq etdiyinə görə Rusiyaya təşəkkür edib. Vuçiç isə Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Onun şəhərdəki iğtişaşlarla bağlı Rusiya səfiri Aleksandr Botsan-Xarçenko ilə də görüşəcəyi açıqlanıb.(Modern)



Mənbə