BMT Qəzzada 142 əməkdaşının həlak olduğunu bildirib

 
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi Qəzza zolağında 142 əməkdaşının həlak olduğunu bildirib.

Müvafiq bəyanat qurumun X sosial şəbəkəsində yerləşdirilib.

“Ehtiyacı olan insanlara yardım göstərmək üçün bölmələrimiz mümkün olmayan işləri görür. Qəzzadakı agentlik həmkarlarının əksəriyyəti ailələri ilə birlikdə hazırda vəfat edib. Biz 142 nəfərin ölümünə yas tuturuq”, – bəyanatda vurğulanıb.



Mənbə