DAUİB-yi1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü təbrik edir!

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. “Dünya” ana və üşaqlar ic. birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü təbrik edir! Xoşbəxt, sevincli, uğurlu bir həyat yolu arzu edir.

Bu gün sizin gününüzdür əziz uşaqlar gününüz mübarək olsun!

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd edilir.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may)  və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

“1 iyun Ümumdünya Uşaqların Müdafiəsi Günündə bütün uşaqlara təhlükəsiz, xoşbəxt və sağlam uşaqlıq arzulayırıq. Onların hüquqlarına hörmət edək və qoruyaq”.

“Sevgi, şəfqət və hörmətlə böyüyən uşaqlar güclü gələcəyin təminatıdır. Gəlin 1 iyunda bütün uşaqların qayğısına qalmağı və hüquqlarını qorumağı unutmayaq”.

“Hər bir uşaq dünyanın bir hədiyyəsidir və sevgi ilə böyüməyə layiqdir. İyunun 1-də uşaqların hüquqlarına hörmət edək və onları qorumaq üçün əl-ələ verək”xöşbəxt olmaqlarına əlimizdən gələni edək!

 

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.

“Dünya” ana və üşaqlar ic. birliyi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması uşaq pulunu verilməsin xahihiş edir.