Sarkisyan 44 günlük müharibəni 2018-ci ildə “elan etmişdi” – Paşinyan

“Serj Sarkisyan 44 günlük müharibəni iki il əvvəl “elan etdi”.

Turkustan.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən illik “Erməni Demokratiya Forumu”nda deyib.

Paşinyan 44 günlük müharibəni 2016-cı ilin aprel döyüşlərinin davamı adlandırıb.

“Unutmayaq ki, 2018-ci ilin aprelində baş nazirliyə namizəd kimi çıxış edən Serj Sarkisyan bu müharibəni elan etdi. Niyə sonradan demokratik hökumət müharibədən yayına bilmədi? Bəli, ona görə ki, yeni hakimiyyət Qarabağla bağlı reallıqla üzləşdi”, – o söyləyib.

Qeyd edək ki, Paşinyanın istinad etdiyi çıxışda Sarkisyan bildirmişdi ki, danışıqlar prosesi nikbinlik yaratmır, bir nöqtədə dayanır və Ermənistan üçün qəbuledilməzdir. /Modern.az/