ABŞ-nin maliyyə naziri Canet Yellen iki həftə ərzində defoltun təxmini vaxtı barədə Konqresə Bu barədə o, müsahibəsində bildirib.
“Yeni bəyanlar üçün dəqiq tarixlər barədə danışmaq istəmirəm. Bu, yaxın iki həftə ərzində baş verəcək”, – deyə o bildirib.
Qeyd edək ki, yanvarda Birləşmiş Ştatların qanuni borc limiti 31,4 trilyon dollara çatdırılıb, bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırır. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar dövlət borcunun tavanını artırmağa razıdırlar, lakin büdcə xərclərinin əhəmiyyətli dərəcədə azaldılması şərtilə. Ağ Ev tələbləri rədd edib və bildirib ki, xərclərin azaldılmasını müzakirə etməyə hazırdır, lakin qanunvericilər qeyd-şərtsiz borc limitini artırmalıdırlar.
Öz növbəsində, Yellen Konqresə xəbərdarlıq edib ki, administrasiya iyunun 1-də milli borc tavanına nail olunması ilə bağlı fövqəladə tədbirləri tükədə bilər. Bu halda, ölkə federal borc üzrə defoltla üzləşəcək, bu isə ABŞ-də “iqtisadi fəlakətə”, ardınca isə qlobal iqtisadiyyatda şoklara səbəb olacaq. Bunun qarşısını almaq üçün ABŞ Prezidenti Co Bayden və Konqresdəki respublikaçıların liderləri məsləhətləşmələr aparmağa razılaşıblar.
Mənbə: Bloomberg