Ta qədimlərdən bəzi adətlərimiz dildən-dilə gəlib çatıb bizlərə.Zamanın sürəti çox şeyi arxada qoyub (kotan,xış,öküz dövranı deyil) Amma elə adətlər var ki,onlar can köynəyi qədər yaxındır,onları itməyə,köhnəlməyə qoymaq olmaz.Novruz – Bahar Bayramı əgər insanları birliyə,qardaşlığa səsləyirsə,ona köhnə demək olarmı?
Baharın ilk müjdəsini Haçaquyruq-Qaranquşlar gətirir (Novruz elçiləri).
Səhər şehindən budaqlara qonan damcılar gün işığında tumurcuğa dönüb çatlayar,bəyaz bir çiçək açar.Deyər- mən də Yazın sorağıyam.Ulular Baharın gəlişinə bolluq,bərəkət deyiblər.Çöl yaşıllaşar,bağ barlanar ,elin əkdiyi cücərər deyiblər. Baharın uğuruna müxtəlif ayinlər keçirilib.Onlardan biri də çərşənbələrdir (Su,Od,Torpaq,Yel) İlaxır çərşəmbələrdə qulaq falına da çıxardılar. Qızlar bulaq başına gedərdilər.Bolluq naminə göyərdilən Səməni qırmızı lentə bürünərdi.Çöldə tonqal çatıb ,üstündən atılar”Ağırlığım od üztünə”deyərdilər. Dərələrin də,çayların da, yol-yamacların da növrağı başlayar,büsatı ayaq tutub yeriyərdi.Elliklə camaat yığışıb,Torpağı şumlamağa gedərdi.İlk işləri -əli avandlı,süfrəsi bərəkətli el ağsaqqalına etibar edərdilər.Mənim-sənin məsələsi olmazdı.Küsülülər barışardı.Heyvan kəsilib,paylanardı.Evlərdə Şirinli,noğullu,şəkərburalı,paxlavalı,boyanmış yumurtalı,quru meyvəli,bayram şamları yandırılmış xonçalar qurulardı.
Bahar günləri-əziz günlər hesab olunurdu.Bayram axşamı ailənin bütün üzvləri bir araya-doğma ocağa yığışar,sonrakı 7 gün ərzində qohum-əqrabaya,dost-tanışa qonaq getmək dəb olardı.Qəlbi sınıqları,yaşlı-yaralı, tənha adamları yoxlamaq da savab idi.Torba gəzdirib,qapılardan bayramlıq toplamaq da uşaqlara maraqlı gələrdi. Torbanı boş qaytarmaq,əziz günlərə yaraşmaz deyərdilər.Bayram mərasimlərində Bahar qız, kosa və keçəl ,digər milli qəhrəmanlar oyun oynayır,şerlər deyir,yumurta döyüşdürürdülər.
İnanca görə Bahar gəlib,bu axşam bolluq görməliydi,şadlıq eşitməliydi.
Bayram günləri nəinki ağacı,hətta bir budağı belə qırmaq günah sayılırdı.Ağaca qıyan adama “ay nadürüst,eşitməmisən ağac adama beşikdən ta məzaracan gərək olub” deyərdilər.
Bayram gecəsi şamların şöləsi,tonqalların odu hələ keçməmiş,göy üzü yer üzünə tamaşa edər,ağaclar əyilib torpağı öpər,qurd quzuyla otlayardı -deyiblər.
Bu adət -ənənələr bu gün də davam etdirilir.Baharın gəlişi artıq Dövlət tərəfindən Bayram kimi qeyd olunur.Şuşada Cıdır düzündə Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən tonqal qalandı,yandırıldı.İstisi bütün Azərbaycana yayıldı.İşığı mənfur qonşuları,yadelliləri qorxuya saldı.Bərəkətli torpaqlarımızda artıq buğda əkilir,ruzili-bərəkətli illərimiz qarşılanır.Azad olunmuş Torpaqlarımızda ” Böyük Qayıdış Planına “uyğun müasir,ağıllı Şəhər və kəndlərimiz salınır.Bu gənclərimiz və uşaqlarımız üçün yeni dönəmin başlanğıcıdır.
Novruz Bayramınız –
Yeni Bahar Bayramınız mübarək Əziz Dostlar!
Yeni il yeni uğurlar,sağlıqlı günlər ,yeni müjdələr gətirsin.
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti”İ.B. sədri Bahar Qasımova