DAUİB Novruz bayramınızi Təbrik edir

Hörmətli dostlar!

Sizi Dünya ana və uşaqlar ictimai birliyi və dünyaxeber.org Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayır.

Novruz xalqımızın ümumxalq bayramı əsrlərdən bəri yurdumuzun hər bir bölgəsində,  el şənlikləri keçirilir.  Bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gərçək olsun!
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan Şəhidlərimiz bu əziz günlərdə bir daha ehtiramla yad edib, qazilərimizə can sağliği arzu edirik.

Hər bir  ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinc arzu edirəm.

Novruz bayramınız mübarək olsun!