Fevralın 2-də Gənclər Günü münasibəti ilə bağlı S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında tədbir keçirilib. S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov tədbiri açıq elan etdi. O, çıxışında bildirdi ki, bu gün Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Tədbirin qonağı YeniAzərbaycan Partiyası İdarə Heyətinin üzvü, texnika elmləri üzrə fəlsəfə doktoru Bayram Aslanov qeyd etdi ki, “Gimnaziyada belə bir tədbirin keçirilməsini təqdirəlayiq hal hesab etdi. Bu cür tədbirlərin gənclərin həyatında əhəmiyyətini qeyd etməklə onlara tövsiyyələrini verdi”. Gimnaziyanın məzunu, tarixçi-şərqşünas alim, tarix üzrə fəlsəfə doktoru, dosent Subhan Talıblı ölkənin tanınmış ictimai-siyasi xadimlərinin dövlətin xüsusi günlərində məktəbin həyatında iştirakını önəmli hesab etdiyini qeyd etdi. Dos. Sübhan Talıblı “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda çıxış etdi. Gimnaziyanın şagirdləri Hüseynzadə Zəhra “Heydər Əliyev və gənclər”, Ağayar Eminli “2 fevral – Gənclər günü”, Sinan Əlizadə “Ulu öndərə minnətdarıq” mövzularında təqdimatlar təqdim etdilər. Digər çıxış edənlər Gənclər Günü münasibəti ilə tədbir iştirakçılarını, o cümlədən Azərbaycan gənclərini təbrik etdi, onlara şəxsi və təhsil həyatlarında uğurlar dilədilər. Məruzələrdən sonra alimlər şagirdlərin suallarını cavablandırdılar. Tədbirdə həmçinin Gimnaziyanın məzunları, “Bir könüllü” tələbələr, gənc müəllimlər, şagirdlər və məktəb rəhbərliyi iştirak edirdi. Sonda Gimnaziya ilə tanışlıq oldu, məktəbin həyata keçirdiyi və nəzərdə tutulan layihələr, tədbirlər, Kiçik Akademiya barədə qonaqlara məlumat verildi.
Şəffaflıq.az