Varan millidəki karyerasını başa vurdu

Mançester Yunayted”in futbolçusu Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.

 

Dunyaxeber.org  “Qol.az”- a istinadən xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçi özünün “İnstaqram” hesabında məlumat verib. O, artıq yeni nəsil futbolçulara şans verməyin vaxtının çatdığını bildirib. Oyunçu bir neçə ay düşündükdən sonra bu qərarı verdiyini vurğulayıb.

 

Varan Fransa millisində debütünü 2013-cü il martın 22-də DÇ-2014-ə seçmə mərhələsində Gürcüstanla matçda (3:1) edib. O, yığmada 93 oyuna çıxıb.