Bir neçə gündür sosial şəbəkələrdə tanınmış mügənni Röya Ayxanın BDU-da qeyri-qanuni təhsil alması və hətta onun universitetdən qovulması ilə bağlı xəbərlər gündəmi zəbt edib.
Müğənninin mətbuat katibi Elvin Elxan Kult.az-a açıqlamasında sözügedən məsələ ilə bağlı açıqlama vermək istəmədiklərini bildirib.
“Hazırda konsert işləri ilə məşğuluq. Bu mövzuda açıqlama olmayacaq. Anlayışla qarşılayacağınıza əminəm. Təşəkkürlər”, – deyə o əlavə edib.
Xatırladaq ki, ötən gün Bakı Dövlət Universiteti öz məzunları arasında Röyalə Nəcəfova (Röya Ayxan) adlı şəxsin olmadığını bildirib.
Qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.